“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
272
15.03.2024, 12:31
Bu ilin ilk ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 3 657 nikah və 1 729 boşanma halı qeydə alınıb.
Açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 8,7% (322 nikah) azalıb, boşanmaların sayı isə 25% (359 boşanma) artıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra – 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.
Rəqəmlərdən də göründüyü kimi, 1992-ci ildə boşananların sayı nikahların sayından 7,3 dəfə az olduğu halada, bu ilin yanvar ayında boşananların sayı nikahların sayından cəmi 2,1 dəfə az olub.
Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı ötən ilin yekununda 2,1, bu ilin yanvar ayında isə 2 olub.
Müqayisə üçün qeyd edək ki, 1992-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,3 olub. Müstəqillik dövründə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı ən aşağı səviyyəyə 1999-cu ildə düşüb. Həmin il Azərbaycanda nikahların sayı boşanmaların sayından 7,4 dəfə çox olub.
Boşanma və nikahlar arasındakı ən böyük fərq isə 2011-ci ildə qeydə alınıb. Belə ki, 2011-ci ildə Azərbaycanda 88 min 145 nikah, 10 min 747 boşanma olub və nəticədə boşananların sayı nikahların sayından 8,2 dəfə az olub.
Bu ilin yanvar ayının əvvəlində və sonunda boşanmaların sayında qeydə alınan nəticə 1941-cı ildən sonra qeydə alınan ən yüksək nəticə olub. İkinci dünya müharibəsinin başladığı 1941-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,3 olub.
Ümumiyyətlə, Azərbaycanda boşanmaların ən yüksək olduğu il 1935-ci il olub. 1935-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 4,9 olub. Boşanmalar ən aşağı səviyyəyə 1945-ci ildə düşüb və əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,1 olub. Həmin il ölkədə cəmi 310 boşanma olub.
01:05 / 20 Sentyabr 2026
66
00:52 / 20 Sentyabr 2026
65
00:43 / 20 Sentyabr 2026
67
00:34 / 20 Sentyabr 2026
460
00:25 / 20 Sentyabr 2026
172
00:20 / 20 Sentyabr 2026
110
00:18 / 20 Sentyabr 2026
74
00:01 / 20 Sentyabr 2026
65
23:56 / 19 Sentyabr 2026
75
23:51 / 19 Sentyabr 2026
65
23:48 / 19 Sentyabr 2026
73
23:46 / 19 Sentyabr 2026
67
23:44 / 19 Sentyabr 2026
67
23:44 / 19 Sentyabr 2026
67
23:34 / 19 Sentyabr 2026
77
23:33 / 19 Sentyabr 2026
450
23:31 / 19 Sentyabr 2026
561
23:24 / 19 Sentyabr 2026
74
23:20 / 19 Sentyabr 2026
73
23:17 / 19 Sentyabr 2026
82
23:13 / 19 Sentyabr 2026
83
23:08 / 19 Sentyabr 2026
77
23:01 / 19 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.