“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
481
13.03.2024, 16:28
Bu gün Oxu24.com saytında "Aztelekm"MMC-dən şikayət xarakterli material yayımlanıb.
Sözügedən materialla bağlı "Aztelekom" MMC tərəfindən rəsmi açıqlama verilib.
Qurumdan verilən məlumata görə, 12.03.2024-cü il tarixində MMC-nin səyyar satış nümayəndəsi tərəfindən abunəçiyə müqavilənin nüsxəsi təqdim edilib.
"Digər sualınıza gəlincə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir",-deyə məlumatda qeyd edilir.
"Aztelekom"-un məlumatına görə, sözügedən layihə çərçivəsində “Aztelekom” MMC-nin Aran Regional Filialı ərazisində də müasir texnologiyaların tətbiqi ilə şəbəkə genişləndirilir. Ucar rayonunun Qarabörk kəndinin genişzolaqlı internetlə təmin olunması prosesi tamamlanıb, artıq vətəndaşların xidmətlərə qoşulma prosesi gedir. Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir. Layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Miri
01:05 / 20 Sentyabr 2026
84
00:52 / 20 Sentyabr 2026
80
00:43 / 20 Sentyabr 2026
86
00:34 / 20 Sentyabr 2026
858
00:25 / 20 Sentyabr 2026
237
00:20 / 20 Sentyabr 2026
155
00:18 / 20 Sentyabr 2026
87
00:01 / 20 Sentyabr 2026
74
23:56 / 19 Sentyabr 2026
87
23:51 / 19 Sentyabr 2026
76
23:48 / 19 Sentyabr 2026
87
23:46 / 19 Sentyabr 2026
75
23:44 / 19 Sentyabr 2026
75
23:44 / 19 Sentyabr 2026
75
23:34 / 19 Sentyabr 2026
89
23:33 / 19 Sentyabr 2026
632
23:31 / 19 Sentyabr 2026
805
23:24 / 19 Sentyabr 2026
80
23:20 / 19 Sentyabr 2026
84
23:17 / 19 Sentyabr 2026
92
23:13 / 19 Sentyabr 2026
93
23:08 / 19 Sentyabr 2026
85
23:01 / 19 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.