“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
426
13.03.2024, 15:40
Bu günlərdə Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin rayonlardan birindəki şöbəsinin rəisi vəzifəsində çalışmış məmur barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
OXU24.COM verir ki, 69 yaşlı rəis Murad Ağayev (şərti) Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcburetmə) maddəsi ilə ittiham edilib.
İttihamda qeyd edilib ki, M.Ağayev ona müraciət etmiş və xəsarətləri ilə bağlı ekspertiza rəyinin verilməsini istəmiş gənc qadına verəcəyi sənədin müqabilində ona əxlaqsız təklif edib. O, həmin qadını bir neçə dəfə işlədiyi xəstəxanadakı kabinetdə məcburi şəkildə intim münasibətə vadar edib. Qadının şöbə rəisi ilə kabinetdə çəkdiyi görüntülər yayıldıqdan sonra isə məsələ böyüyüb. Həmin qadın M.Ağayev barəsində şikayət edib və cinayət işi başlanılıb. Eyni zamanda, məhkəmənin qərarı ilə M.Ağayev vəzifəsindən kənarlaşdırılıb.
Məhkəmədə M.Ağayev onun yanına gələn qadının əvvəlcədən müəyyən şəxslər tərəfindən öyrədildiyini, görüntülərinin qəsdən yayıldığını iddia edib. O əlavə edib ki, tanımadığı şəxs görüntüləri ona yollayaraq 15 min manat tələb edib, həmçinin digər qanunazidd əməllərlə üzləşib. Təqsirləndirilən şəxs etiraf edib ki, rəhbərlik etdiyi şöbənin arxiv otağında zərərçəkmiş şəxslə ümumilikdə 4 dəfə cinsi əlaqədə olub və hər hansı məcburetmə olmayıb.
Sonrakı proseslərdə isə zərərçəkmiş şəxs qismində tanınan qadın isə artıq M.Ağayevdən şikayətçi olmadığını və onunla könüllü olaraq birlikdə olduğunu deyib.
Rayon məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Ağayevə bəraət verilib və onun üzərində olan polisin nəzarəti altında olma qətimkan tədbiri götürülüb.
01:05 / 20 Sentyabr 2026
84
00:52 / 20 Sentyabr 2026
80
00:43 / 20 Sentyabr 2026
86
00:34 / 20 Sentyabr 2026
858
00:25 / 20 Sentyabr 2026
237
00:20 / 20 Sentyabr 2026
155
00:18 / 20 Sentyabr 2026
87
00:01 / 20 Sentyabr 2026
74
23:56 / 19 Sentyabr 2026
87
23:51 / 19 Sentyabr 2026
76
23:48 / 19 Sentyabr 2026
87
23:46 / 19 Sentyabr 2026
75
23:44 / 19 Sentyabr 2026
75
23:44 / 19 Sentyabr 2026
75
23:34 / 19 Sentyabr 2026
89
23:33 / 19 Sentyabr 2026
632
23:31 / 19 Sentyabr 2026
805
23:24 / 19 Sentyabr 2026
80
23:20 / 19 Sentyabr 2026
84
23:17 / 19 Sentyabr 2026
92
23:13 / 19 Sentyabr 2026
93
23:08 / 19 Sentyabr 2026
85
23:01 / 19 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.