Qaynar xətt:

(+99450) 247 90 86

Agentlik: Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məsələ nəzarətdədir

Agentlik: Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məsələ nəzarətdədir

CƏMİYYƏT

370

12.03.2024, 11:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı yayılan məsələ aidiyyəti qurumların nəzarətindədir.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada bildirilib.

 

Qeyd olunub ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır:

 

"Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir".

 

Agentlik hazırda tədris prosesinin ənənəvi qaydada davam etdiyini vurğulayıb: "Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".

 

Miri