Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
20 Sentyabr 2026, 13:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
536
11.03.2024, 15:38
Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Oxu24.com xəbər verir ki,Qafqazinfonun əldə etdiyi məlumata görə, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.
Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
14:05 / 20 Sentyabr 2026
5
13:56 / 20 Sentyabr 2026
34
13:55 / 20 Sentyabr 2026
26
13:37 / 20 Sentyabr 2026
79
13:36 / 20 Sentyabr 2026
46
13:30 / 20 Sentyabr 2026
44
12:59 / 20 Sentyabr 2026
53
12:55 / 20 Sentyabr 2026
207
12:44 / 20 Sentyabr 2026
67
12:30 / 20 Sentyabr 2026
243
12:15 / 20 Sentyabr 2026
63
12:10 / 20 Sentyabr 2026
60
12:00 / 20 Sentyabr 2026
133
11:32 / 20 Sentyabr 2026
66
11:18 / 20 Sentyabr 2026
74
11:15 / 20 Sentyabr 2026
156
11:13 / 20 Sentyabr 2026
76
11:02 / 20 Sentyabr 2026
106
10:33 / 20 Sentyabr 2026
106
10:31 / 20 Sentyabr 2026
733
08:40 / 20 Sentyabr 2026
88
01:05 / 20 Sentyabr 2026
110
00:52 / 20 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.