SOCAR-da növbəti dəyişiklik - Yeni təyinat oldu + FOTO
20 Sentyabr 2026, 19:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
416
07.03.2024, 16:47
Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
OXU24.COM xəbər verir ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir olduqları Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə dövlət qeydiyyatı tələb olunmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməyən ümumilikdə 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini müxtəlif vaxtlarda satış məqsədilə ölkə ərazisinə idxal etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmçinin oxuyun
19:39 / 20 Sentyabr 2026
22
19:29 / 20 Sentyabr 2026
35
19:17 / 20 Sentyabr 2026
53
18:59 / 20 Sentyabr 2026
56
18:59 / 20 Sentyabr 2026
260
18:55 / 20 Sentyabr 2026
71
18:52 / 20 Sentyabr 2026
62
18:48 / 20 Sentyabr 2026
66
18:47 / 20 Sentyabr 2026
129
18:23 / 20 Sentyabr 2026
65
18:22 / 20 Sentyabr 2026
74
18:18 / 20 Sentyabr 2026
63
17:54 / 20 Sentyabr 2026
78
16:08 / 20 Sentyabr 2026
101
15:59 / 20 Sentyabr 2026
342
15:57 / 20 Sentyabr 2026
83
14:13 / 20 Sentyabr 2026
128
14:05 / 20 Sentyabr 2026
99
13:56 / 20 Sentyabr 2026
385
13:55 / 20 Sentyabr 2026
124
13:37 / 20 Sentyabr 2026
1206
13:36 / 20 Sentyabr 2026
124
13:30 / 20 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.