Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?
21 Sentyabr 2026, 03:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
01.03.2024, 16:31
Biz Ermənistandan hüquqi, eləcə də, konstitusiya sənədləri ilə bağlı müvafiq açıqlamalar gözləyirik.
OXU24.COM Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan "Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı" adlı paneldəki çıxışı zamanı bildirib.
"Hazırda Ermənistanın hələ də "miatsum" elementi və ərazi iddialarının qaldığı hüquqi və konstitusiya çərçivələri ilə bağlı ətraflı açıqlamalar gözləyirik. Ermənistan tərəfindən müvəqqəti gündəmin təşviqinə həqiqi tərəfdarlığın olması vacibdir. Eyni zamanda, potensial yeni hadisələrlə bağlı ayıqlığı qoruyub saxlamalıyıq. Əfsuslar olsun ki, geosiyasi təsirin yayılması ilə əlaqədar olaraq zidd tendensiya nəzərə çarpıb ki, bu da yeni ayrılma xəttinin yaranmasına səbəb olur. Hadisələrin bu cür inkişafına ciddi yanaşmaq son dərəcə vacibdir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sərhəd demarkasiya olunmalıdır", - o deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunun transformasiyasına, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsinə çevrilməsinə hazırlıq və siyasi qətiyyət nümayiş etdirir.
"Prezident İlham Əliyev Cənubi Qafqazın inteqrasiya olunmuş modelini, Azərbaycan, Gürcüstan və Ermənistanın bir platformada birləşməsi təşəbbüsünü təklif edib. Gündəliyimizdə, həmçinin, regional cavabdehlik vurğulanır ki, bu da hər üç ölkənin regional təşəbbüslərdə aktiv iştirak etməli və bunlara öz töhfələrini verməli olduqlarını bildirir. Bu isə regional əməkdaşlıq naminə cavabdehliyin qəbul olunmasını nəzərdə tutur. Biz Azərbaycan və Gürcüstan arasında səmərəli əməkdaşlıq modelini yaratmışıq və Ermənistan bu təcrübədən fayda əldə edə bilər", - deyə o əlavə edib.
Həmçinin oxuyun
03:01 / 21 Sentyabr 2026
108
23:42 / 20 Sentyabr 2026
70
23:22 / 20 Sentyabr 2026
53
23:22 / 20 Sentyabr 2026
85
22:50 / 20 Sentyabr 2026
123
22:34 / 20 Sentyabr 2026
109
22:03 / 20 Sentyabr 2026
82
21:41 / 20 Sentyabr 2026
226
21:28 / 20 Sentyabr 2026
93
20:40 / 20 Sentyabr 2026
104
20:31 / 20 Sentyabr 2026
219
20:12 / 20 Sentyabr 2026
79
20:05 / 20 Sentyabr 2026
94
19:49 / 20 Sentyabr 2026
1687
19:29 / 20 Sentyabr 2026
118
19:17 / 20 Sentyabr 2026
112
18:59 / 20 Sentyabr 2026
97
18:59 / 20 Sentyabr 2026
926
18:55 / 20 Sentyabr 2026
270
18:52 / 20 Sentyabr 2026
94
18:48 / 20 Sentyabr 2026
106
18:47 / 20 Sentyabr 2026
268
18:23 / 20 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.