Qaynar xətt:

(+99450) 247 90 86

BQXK Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı Ermənistanla dialoq aparır

BQXK Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı Ermənistanla dialoq aparır

CƏMİYYƏT

393

29.02.2024, 16:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial və ikitərəfli dialoq apardığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin "X" hesabında paylaşım edilib. "Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir",- paylaşımda vurğulanıb.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. O, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.