Səlim Müslümova ağır itki
28 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
375
28.02.2024, 19:04
Tanınmış alim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının sabiq müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Tahir Musa oğlu Pənahov fevralın 28-də 88 yaşında vəfat edib.
OXU24.COM xəbər verir ki, bu barədə Memarlıq və İnşaat Universitetindən bildirilib.
Alim 10 iyun 1936-cı ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.
Yaşadığı kənddə orta məktəb olmadığından 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbinə gedib, həmin məktəbi fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunub.
1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə başa vuran Tahir Pənahov təyinatla Politexnik İnstitutunun Fizika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb. 1962-ci ildə baş müəllim vəzifəsinə yüksəlib. O, 1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildən isə professor elmi adını alıb.
Onun ən böyük xidmətlərindən biri AzMİU-da 1991-ci ildə "Metal və ərintilər fizikası" ETL-nin açılması təşəbbüsü olub. Laboratriyada elmi baza üçün EPR, universal optik və maqnito-optik qurğuları, maqnit və elektrik xassələri ölçmək üçün digər qurğular tələbə və müəllimlərin istifadəsinə verilib. Alimin təklifi ilə 1991-ci ildə universitetdə "Metallar fizikası" istiqamətində ixtisas açılıb, növbəti mərhələdə Materiallar fizikası kafedrasında bakalavr və magistr istiqaməti üzrə kadr hazırlığı aparılıb. "Metallar fizikası" sahəsi üzrə məktəb yaradan professor AzMİU-da çalışdığı müddət ərzində yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb.
O, 2002-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbdə tədris və elmi işlər bölməsində əvəzçi işləyib, Azərbaycan Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin yerinə yetirilməsində və elmi əsərlərin çap edilməsinə yaxından köməklik göstərib.
Tahir Pənahov Zabrat Oksigen Zavodunda böyük laboratoriya işə salıb, laboratoriyanı müasir avadanlıqlarla təchiz edib, cihazların işləmə qaydalarını hazırlayıb və kadrla təmin edib. Havadan azot, oksigen, arqon və hidrogenin alınma texnologiyası, maye və qaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil etməklə satışda müsbət nəticə alıb.
Alim 60-dan çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə çıxış edib, 20-dən çox müəlliflik şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan çox elmi məqalənin, 15 monoqrafiya, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. O, həmçinin istehsalatla bağlı 18 elmi-tədqiqat işi tövsiyə edib. Alim arqon qazının qarışıq qazlardan ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq edib, yeni ixtira kimi patent alıb. O, metal və ərintilər sahəsində yeni istiqamət yaratmış Azərbaycanın əsas alimlərindən biri idi.
Allah rəhmət eləsin!

09:37 / 28 Noyabr 2026
1
09:26 / 28 Noyabr 2026
47
09:24 / 28 Noyabr 2026
46
02:18 / 28 Noyabr 2026
204
01:49 / 28 Noyabr 2026
203
01:11 / 28 Noyabr 2026
194
23:59 / 27 Noyabr 2026
231
23:54 / 27 Noyabr 2026
214
23:40 / 27 Noyabr 2026
232
23:40 / 27 Noyabr 2026
214
23:35 / 27 Noyabr 2026
212
23:32 / 27 Noyabr 2026
693
23:28 / 27 Noyabr 2026
209
23:27 / 27 Noyabr 2026
208
23:26 / 27 Noyabr 2026
211
23:05 / 27 Noyabr 2026
213
22:56 / 27 Noyabr 2026
211
22:48 / 27 Noyabr 2026
232
22:35 / 27 Noyabr 2026
210
22:22 / 27 Noyabr 2026
244
22:16 / 27 Noyabr 2026
212
22:09 / 27 Noyabr 2026
211
22:08 / 27 Noyabr 2026
248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.