Qaynar xətt:

(+99450) 247 90 86

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb

CƏMİYYƏT

306

28.02.2024, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 9 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 6 patron, həmçinin qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 patron darağı və 56 ədəd patron aşkar edilərək götürülüb.