Qaynar xətt:

(+99450) 247 90 86

Şolts Ukrayna ilə bağlı qərarında qətidir

Şolts Ukrayna ilə bağlı qərarında qətidir

CƏMİYYƏT

271

27.02.2024, 16:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“NATO və Avropa ölkələri öz Quru Qoşunlarını Ukraynaya göndərməyəcək”.
 
“OXU24.COM ” xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib. 
 
O vurğulayıb ki, bununla bağlı razılıq lap əvvəldən mövcuddur və bu məsələyə dair Qərbin rəyi kifayət qədər yekdildir. 
 
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-sı Qərb ölkələrinin liderləri ilə görüşün yekunlarına dair danışarkən Ukraynaya təcili dəstək üçün koalisiyanın yaradılmasını elan edib. Koalisiya Ukrayna ordusuna orta və uzaqmənzilli raket və bomba göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, Fransa lideri Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib. 
 
Xatırladaq ki, O.Şolts bundan əvvəl də Almaniya qoşunlarının Ukraynaya göndərilməyəcəyini bildirib. “Tamamilə aydındır ki, Ukraynadakı bu müharibədə almaniyalı əsgərlər olmayacaq”, - deyə kansler qeyd edib.