"Orada olanlardan yalnız bir qız bizdə oxuyur. O qızda bu vaxta qədər nəinki belə bir hadisə, cüzi də olsa, mənfi bir şey görməmişəm. Biz özümüz şokdayıq. 36 ildir, bu məktəbdə işləyirəm, birinci dəfədir, belə bir hadisə ilə üzbəüz oldum, amma fəxr edirəm ki, heç olmasa, ən azından bu bizim məktəbin həyətində, məktəbin daxilində demək olar, məktəbə aid yerdə olmayıb".
Müəllimin "fəxr edirəm ki, hadisə bizim məktəbdə olmayıb" sözü birmənalı qarşılanmayıb. Onun çıxışını tənqid edənlərlə yanaşı, "şükür edirəm" əvəzinə yanlış ifadə seçdiyini yazanlar da olub.
Həmçinin qeyd edilib ki, sözügedən qızın bibisi də əvvəllər məktəb direktoru olub.