Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında dəhşətli hadisə: Yaralılar var

Gecə saatlarında dəhşətli hadisə: Yaralılar var

CƏMİYYƏT

1231

04.01.2024, 08:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Zaqatalada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, mikroavtobusla "Niva" markalı avtomobillərin toqquşması nəticəsində Muğanlı kənd sakinləri - 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.