Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10014
az

“Qaraciyər köçürülən qadın 7 ay sonra hamilə qala bilər” - Professor

10:1817 Fevral, 2019
619
  • A
 
Oxu24.com xəbər verir ki, V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransının I paneli keçirilib.

Medicina.az xəbər verir ki, konfransa professorlar Surxay Hadıyev və Sezai Yılmaz sədrlik edib. Panelə videkonfrans yolu ilə qoşulan doktor Ruslan Məmmədov "Qaraciyər transplantasiyasında mikro-RNA-nın klinik əhəmiyyəti – erkən nəticələr” mövzusunda danışıb.

Daha sonra professor Tevfiq Tolqa Şahin marginal greftlərdə maşın perfuziyası və müalicəsindən bəhs edib.

Dosent köməkçisi Ebru İnci Coşkun isə "Qaraciyər transplantasiyası və hamiləlik” mövzusuna toxunub. Ebru İnci Coşkun bildirib ki, qaraciyər köçürülmüş qadınlarda hamiləlik dövründə bir sıra xəstəliklər özünü biruzə verə bilər: "Hepatit xəstəsi olan anaların dünyaya gətirdiyi uşaqlara dərhal peyvənd vurulur”. Dosent köməkçisi hamilələrdə bəzən müşahidə olunan qaşınmalarla əlaqədar bitki çaylarının tövsiyə edilməsinin yanlış olduğunu, laborator analizlərə uyğun müalicə yazılmasının vacibliyini vurğulayıb.

Professor Adil Başqıran qaraciyər çatışmazlığından əziyyə çəkmiş və qaraciyər köçürülmüş qadınların 7 aydan sonra hamilə qalmasında heç bir problem olmadığını söyləyib.
 
 
Onun sözlərinə görə, 7 ay ərzində qadının orqanizmində hormonlar normal səviyyəyə çatır. Adil Başqıran hepatit C virusu yoluxan və sonradan qaraciyər köçürülən 45 yaşına qədər qadınların 2 il, xərçəng xəstəsi olan və qaraciyər köçürülən qadınların isə 3 il sonra hamilə qalmasının məqsədəuyğun olduğunu vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Öd kisəndə daş olduğunu necə bilmək olar?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur