Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107004
az

4 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

18:2724 Aprel, 2024
556
REDAKTORUN SEÇİMİ
  • A

Sabah Ucar və Zərdab rayonlarının, Beyləqan və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə  Oxu24.com-a  Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, buna səbəb Göyçay rayonunun bir hissəsini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülərək köhnə xətlərin ləğv edilməsi, "Beyləqan” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində filtrin quraşdırılması və “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” magistral qaz kəmərində nasaz siyirtmələrin dəyişdirilməsidir.

Bununla əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək “Ucar”, “Lək", “Zərdab”, “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından ,“Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən, saat 10:00-da isə “Beyləqan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!
Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü