Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14318
az

Azərbaycanda ərdən TÜKÜRPƏDƏN ƏMƏL: gecəyarısı azyaşlı uşağının gözü qarşısında arvadını...

18:0208 İyun, 2019
1216
  • A
 
Cəlilabad rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Orxan Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Orxan Səlimov 2015-ci ilin sentyabrın əvvəllərində arvadı Səbinənin istifadəsində olan mobil telefonla başqa kişilərlə yazışdığını bilib, ona xəyanət etməsindən şübhələnib.

Ər-arvadın davası

Bu səbəbdən qısqanclıq zəminində Orxan Səlimov Səbinəni öldürmək qərarına gəlib. Sentyabrın 12-də, saat 18 radələrində bu zəmində onların aralarında mübahisə yaranıb.

Mübahisə edən Səbinə daha sonra ər evindən çıxıb və atasının evinə yollanıb. Bir qədər sonra Orxan Səbinəyə zəng edib, onu bağışlayacağını deyib, ondan evə qayıtmasını xahiş edib.

Digər xəbərləri oxuyun: Azərbaycanda ərdən TÜKÜRPƏDƏN ƏMƏL: gecəyarısı azyaşlı uşağının gözü qarşısında arvadını...

Bakıda dəhşətli hadisə:Evli qadının evində intim münasibətdə olan kişini görün necə cəzalandırdılar

Qəbrin ilk gecəsi : İlk gecə, ilk gün nə baş verir ? (16+)+VİDEO


Bıçağı xalçanın arasında gizlətdi

Orxan Səbinənin evə qayıdacağı barədə razılığını aldıqdan sonra Cəlilabad rayonundakı “Yeni Gənclik” mağazasına gedib və oradan bir tərəfi kəsici və iti olan təzə bıçaq alıb.

Evə qayıdan Orxan bıçağı xalçanın arasında gizlədib və sonra qayınatası Əligilə gedib və arvadını, 2013-cü il təvəllüdlü azyaşlı qızı Səidəni yaşadığı evə gətirib.

{banner_reklam}

Gecəyarısı cinayət

Gecə saat 02 radələrində Orxan yaşadığı mənzildə arvadının azyaşlı qızı ilə birlikdə yataq otağındakı çarpayıda yatdıqlarına əmin olub. O, cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcədən digər otaqda gizlətdiyi bıçağı götürüb və arvadının yatdığı çarpayıya yaxınlaşıb.

Bu zaman Orxan yuxuda olduğu üçün ona müqavimət göstərmək imkanı olmayan Səbinənin oyanacağı təqdirdə hərəkətini məhdudlaşdırmaq məqsədi ilə dizi ilə sol qolundan, əli ilə başından tutub, sonra bıçaqla onun boyun nahiyəsini kəsib.

Azyaşlı qızın gözü qarşısında arvadının başını kəsdi

Bu vaxt Səbinə yuxudan oyanıb və yataqdan qalxaraq pəncərəyə tərəf qaçıb. O, köməyə adam çağırdıqda isə anasının qışqırıq səslərinə azyaşlı qız yuxudan oyanıb.

Bu zaman Orxan azyaşlı qızının gözü qarşısında bıçaqla Səbinənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. O, sonra Səbinəni yenidən yatağa uzadıb və bıçaqla boyunun qalan hissəsini də kəsib.

Cinayəti törətdi və evi tərk etdi

Bu hərəkətləri ilə Orxan Səbinəni qəddarcasına həyatdan məhrum edib. Cinayətini başa çatdıran Orxan daha sonra bıçağı həmin otaqda yerə atıb və paltarını dəyişərək evi tərk edib.

Səhər açılan kimi Orxan Cəlilabad rayon polis şöbəsinə gəlib və törətdiyi cinayəti etiraf edib. O, polisə könüllü təslim olub, arvadını namus üstündə öldürdüyünü deyib.

Arvadını öldürdüyünü etiraf etdi, iki maddə ilə iş açıldı

İstintaq orqanı tərəfindən Orxan Səlimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmə işin hallarını araşıdırandan sonra Orxan Səlimovun barəsində hökm elan edib.

17 il cəza

Hökmə əsasən, Orxan Səlimovun arvadını xüsusi amansızlıqla və təhlükəli üsulla öldürdüyü tam sübuta yetirilib. Məhkəmə onun barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Hökmdə qeyd olunub ki, Orxan Səlimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.

Hökmdən narazı qalan Orxan Səlimov apelyasiya şikayəti verib. O, ittiham olunduğu maddələrin dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilməsini, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmasını istəyib.

Şikayət etdi, rədd edildi

Bu şikayət Şirvan Apelyasiya Məhkəməsində İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Orxan Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada kasasiya şikayəti araşdırılıb və sonda qərar elan edilib. Qərara görə, Orxan Səlimovun kasasiya şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nərminin qatili ilə bağlı yeni FAKT - Televizyada çalışıb
Azərbaycanda müəlliməni oğurlayıb hamamda zorladılar - ŞOK  TƏFƏRRÜAT
Əmisi arvadı ilə gizli eşq yaşayan kişi onu yumruqla öldürdü - Bakıda dəhşətli hadisə

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO