Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
05 Noyabr 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
281
26.08.2026, 13:55
Cəmiyyətdə tez-tez işlədilən "qan yudurtmaq" və "qan vermək" ifadələri bir çox hallarda eyni prosedurlar kimi qəbul edilir. Lakin tibbi baxımdan bu iki anlayış bir-birindən tamamilə fərqli prosessləri əks etdirir. Əhali arasında yaranan bu yanlış fikirlərə aydınlıq gətirmək tibbi savadlılığın artırılması üçün böyük əhəmiyyət kəsb edir. Hər iki prosedurun tətbiq olunduğu xəstəliklər və onların insan orqanizminə təsiri müxtəlifdir. Oxu24.com mövzu ilə bağlı mütəxəssis rəyini öyrənib.
Mövzu ilə bağlı Pediatr-Hematoloq Dr. Miredar Babayev mühüm məqamlara toxunub.
Mütəxəssisin sözlərinə görə, "qan yudurtmaq" və "qan vermək" el arasında geniş işlənsə də, mahiyyətcə tamamilə fərqli prosedurlardır:
“Qan yudurtmaq el arasında işlədilən bir ifadədir və tibbi baxımdan qanın plazma hissəsinin tərkibindən çıxarılması, yəni qanın yuyulması (plazmaferez) deməkdir. Bu prosedur zamanı müxtəlif xəstəliklərlə mübarizə aparmaq məqsədilə patoloji maddələrlə zəngin olan plazma orqanizmdən xaric edilir. Xaric olunmuş plazmanın yerini bərpa etmək üçün isə pasiyentə xüsusi fizioloji məhlullar yeridilir. Bu üsul orqanizmi toksinlərdən və zərərli elementlərdən təmizləyərək xəstəliklərdən xilas olmağa kömək edir”.
Onun sözlərinə görə, qan vermək isə birbaşa donorluq anlayışıdır. Bu zaman sağlam bir insanın qanının qırmızı komponentləri (və ya bütöv qan) ehtiyacı olan xəstə insana köçürülür. Qan köçürmə proseduru həyati təhlükə yaradan bir çox ağır vəziyyətlərdə geniş tətbiq olunur. Bura kəskin qan İtirilməsi halları, qanın parçalanması ilə müşayiət olunan patologiyalar, anadangəlmə talassemiya xəstəliyi, qanın bədxassəli kəskin xərçəng xəstəlikləri, eləcə də normada qan yaranmanın dayanması və hemoqlobin göstəricilərinin kəskin düşməsi daxildir.
O qeyd edib ki, bütün bu hallarda xəstənin həyatını xilas etmək və orqanizmin funksiyalarını bərpa etmək üçün sağlam donordan alınan qanın transferi vacib şərtdir.
14:08 / 05 Noyabr 2026
1
14:01 / 05 Noyabr 2026
30
13:48 / 05 Noyabr 2026
110
13:41 / 05 Noyabr 2026
73
13:20 / 05 Noyabr 2026
115
13:12 / 05 Noyabr 2026
138
13:02 / 05 Noyabr 2026
254
13:00 / 05 Noyabr 2026
158
12:56 / 05 Noyabr 2026
103
12:51 / 05 Noyabr 2026
102
12:41 / 05 Noyabr 2026
349
12:40 / 05 Noyabr 2026
107
12:39 / 05 Noyabr 2026
96
12:36 / 05 Noyabr 2026
152
12:27 / 05 Noyabr 2026
512
12:26 / 05 Noyabr 2026
94
12:16 / 05 Noyabr 2026
633
12:14 / 05 Noyabr 2026
92
12:11 / 05 Noyabr 2026
91
12:00 / 05 Noyabr 2026
96
11:48 / 05 Noyabr 2026
120
11:46 / 05 Noyabr 2026
120
11:42 / 05 Noyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.