Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
285
04.08.2026, 18:53
Yay mövsümündə insanlar daha çox vaxtlarını açıq havada və çimərliklərdə keçirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş şüalarına uzun müddət və qorunmadan məruz qalmaq dəri sağlamlığı üçün ciddi risk yarada bilər. Bəs günəş şüaları həqiqətən də dəri xərçənginin yaranma ehtimalını artırırmı?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, günəş şüalarının insan orqanizminə həm faydalı, həm də zərərli təsirləri var. Onun sözlərinə görə, əsas məsələ günəş vannasının düzgün vaxtda və təhlükəsizlik qaydalarına riayət etməklə qəbul edilməsidir.
CROSSMEDIA - Onkoloji xəstələrə şad xəbər: Artıq bu da mümkün olacaq
“Günəş şüalarından faydalanmaq üçün günün uyğun saatlarını seçmək vacibdir. Lakin saat 11:00-dan 17:00-dək Günəş şüaları Yer səthinə daha dik bucaq altında düşdüyündən bu vaxt uzun müddət açıq havada qalmaq tövsiyə edilmir. Çünki ultrabənövşəyi (UV) şüalara uzunmüddətli məruz qalmaq dəri xərçənginin yaranmasının əsas risk amillərindən biridir”, – deyə həkim bildirib.
Onkoloq qeyd edib ki, dəri xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu səbəbdən profilaktik tədbirlərə ciddi əməl olunmalıdır.
“Çimərliyə getməzdən əvvəl mütləq günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Həm uşaqlar, həm də böyüklər dərilərini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumaq üçün SPF tərkibli günəşdən qoruyucu vasitələrdən istifadə etməlidirlər”, – deyə Fərid Museyibov vurğulayıb.
Həkimin sözlərinə görə, dəri xərçəngi daha çox günəş şüalarına məruz qalan nahiyələrdə – alın, burun ətrafı və dodaq bölgəsində müşahidə edilir. O əlavə edib ki, xəstəliyin yaranmasında irsi meyillilik də mühüm rol oynayır.
Onkoloq vətəndaşlara günəş altında uzun müddət qalmamağı, xüsusilə günün ən isti saatlarında qoruyucu vasitələrdən istifadə etməyi, həmçinin dəridə rəng, forma və ya ölçü dəyişikliyi, sağalmayan yara və digər şübhəli əlamətlər müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.
09:36 / 09 Noyabr 2026
269
09:26 / 09 Noyabr 2026
51
09:19 / 09 Noyabr 2026
86
08:46 / 09 Noyabr 2026
83
08:42 / 09 Noyabr 2026
462
08:25 / 09 Noyabr 2026
116
04:25 / 09 Noyabr 2026
626
02:31 / 09 Noyabr 2026
608
01:34 / 09 Noyabr 2026
347
01:20 / 09 Noyabr 2026
766
01:10 / 09 Noyabr 2026
460
01:06 / 09 Noyabr 2026
211
00:58 / 09 Noyabr 2026
438
00:50 / 09 Noyabr 2026
326
00:29 / 09 Noyabr 2026
1270
00:25 / 09 Noyabr 2026
641
00:21 / 09 Noyabr 2026
231
00:17 / 09 Noyabr 2026
172
00:12 / 09 Noyabr 2026
166
23:49 / 08 Noyabr 2026
281
23:45 / 08 Noyabr 2026
239
23:18 / 08 Noyabr 2026
1467
23:14 / 08 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.