5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
477
17.08.2026, 12:57
14 avqust 2026-cı il tarixində “Yaşıl Teatr”da müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.
Oxu24.com xəbər verir ki,konsert proqramı ərzində sənətçi repertuarında yer alan sevilən mahnılarını səsləndirib. İfaçını Rəvan Qarayevin rəhbərliyi ilə fəaliyyət göstərən “RG Music Band” orkestri müşayiət edib. Konsertin musiqi rəhbəri bəstəkar və aranjimançı Emin Nəbiyev olub.
Gecənin aparıcısı Əməkdar artist Əkbər Əlizadə, quruluşçu rejissoru Elməddin Dadaşov, art direktoru Ramiz Alışov, prodüseri Rövşən Cəfərov, meneceri Ramiq Şərifov, təşkilatçısı isə Tuqay Vəlizadə olub.
Konsertin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşad Qarayevlə duet ifa edib.
Musiqi proqramı xüsusi rəqs nömrələri və səhnəciklərlə də zənginləşdirilib. “Azərbaycan” rəqs qrupunun təqdim etdiyi rəqs nömrələrinin bədii rəhbəri və xoreoqrafı Tuncay Hüseynov, art direktoru isə Qiyas Cəfərzadə olub. Konsert proqramında təqdim olunan çıxışların hər biri üçün quruluşçu rejissor Elməddin Dadaşov tərəfindən ayrıca səhnə həlli hazırlanıb.
Gecənin ən duyğusal anlarından biri Rəvan Qarayevin Milli Qəhrəman Hökümə Əliyevaya həsr etdiyi “Hər şey yaxşı olacaq” əsərini ifa etməsi olub. Milli Qəhrəmanın anasının da iştirak etdiyi konsertdə əsərin səsləndirilməsi tamaşaçılar tərəfindən böyük diqqət və alqışlarla qarşılanıb.
Konsert boyunca Rəvan Qarayev tamaşaçılarla səmimi ünsiyyət quraraq xüsusi ab-hava yaradıb. Auditoriyanın ifaçının səsləndirdiyi mahnılara qoşulması gecənin yaddaqalan məqamlarından birinə çevrilib.
Beləliklə, Rəvan Qarayevin ilk solo konserti musiqi, rəqs və səhnə həllərinin vəhdətində təqdim olunan zəngin proqramla yadda qalıb.

14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.