“Qərib cinlər diyarında”nda diqqətdən yayınan üçrəngli detal
10 İyul 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
490
26.05.2026, 12:18
Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar artist Nuriyyə Hüseynova Krım Xəbər Agentliyinə müsahibə verib.
Oxu24.com xəbər verir ki, əməkdar artist sənət yolu, muğamın beynəlxalq səhnədəki yeri və türk dünyasının ortaq mədəni irsi barədə fikirlərini bölüşüb.
Sənətçi Ordubad rayonunun Dırnıs kəndində böyüdüyünü, ailəsində musiqiyə xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, anası klassik Azərbaycan musiqilərini ifa edir, babası isə tardan istifadə edirdi: “Musiqiyə və muğama sevgim uşaqlıq illərimdən başlayıb.”
Nuriyyə Hüseynova uşaqlıq xatirələrindən danışaraq Sovet dövründə babası ilə birlikdə gizlicə “Türkiyənin Səsi” radiosunu dinlədiklərini bildirib. Onun sözlərinə görə, bu mühit onun musiqi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
Sənətçi daha sonra yaradıcılıq yolundan bəhs edərək festivalda qazandığı uğurdan sonra Bakıya gəldiyini, peşəkar sənət mühitində fəaliyyətini davam etdirdiyini qeyd edib. O, 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” ansamblına rəhbərlik etdiyini vurğulayıb.
Nuriyyə Hüseynova UNESCO və TÜRKSOY-un dəstəyi ilə bir çox ölkədə konsert proqramları ilə çıxış etdiyini bildirib. O, ABŞ, Fransa, Almaniya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə muğamın universal musiqi dili kimi qəbul olunduğunu qeyd edib.
Sənətçi türk dünyasının ortaq musiqi irsindən danışaraq Azərbaycan, Krım, Kərkük, Qazaxıstan, Özbəkistan və digər xalqların musiqisinin böyük bir mədəni ailənin parçası olduğunu vurğulayıb.
Nuriyyə Hüseynova sonda gənc sənətçilərə tövsiyə verərək bildirib ki, əsl sənət yalnız texnika deyil, həm də milli dəyərlərə bağlılıq və mənəvi məsuliyyətdir.
Əli
14:53 / 10 İyul 2026
1
14:49 / 10 İyul 2026
17
14:35 / 10 İyul 2026
28
14:30 / 10 İyul 2026
49
14:26 / 10 İyul 2026
52
14:18 / 10 İyul 2026
47
13:53 / 10 İyul 2026
55
13:52 / 10 İyul 2026
64
13:50 / 10 İyul 2026
57
13:39 / 10 İyul 2026
73
13:17 / 10 İyul 2026
80
13:03 / 10 İyul 2026
71
13:01 / 10 İyul 2026
74
12:55 / 10 İyul 2026
70
12:54 / 10 İyul 2026
83
12:49 / 10 İyul 2026
60
12:45 / 10 İyul 2026
66
12:40 / 10 İyul 2026
75
12:37 / 10 İyul 2026
78
12:27 / 10 İyul 2026
99
12:27 / 10 İyul 2026
68
12:25 / 10 İyul 2026
130
12:17 / 10 İyul 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.