Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1260
14.11.2025, 11:55
Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı yenidən ağır ittihamlar səsləndirib.
Bu barədə o, sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
İfaçı bu dəfə nazirliyin başqa bir əməkdaşının əməllərini ifşa edib.
“Mədəniyyət Nazirliyində Nərminə adlı xanım mənə köhnə “Mədəniyyət evi” verməyi və onu təmir etdirməyimi dedi. Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, dövlət hesabına nazirlik pul siləcəkdi, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi və “Mədəniyyət evi”nin işçisisən deyə sənin təqdimatın veriləcəkdi, ad alacaqdın. Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif verilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.
Oxu24.com xəbər verir ki,müğənninin paylaşdığı videonun şərh bölümündə həmkarı Almaxanım Əhmədova da tənqidi ifadələr səsləndirib.O,Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyevanı ittiham edib.
"Əslində bir çox sənətçilər gözəl bilirlər ki, Mənzər necə adamdır. Amma qorxduqları üçün susurlar. Çünki Mənzər onlara dövlət tədbirlərində qara siyahıya atmaq bəhanəsiylə hədə-qorxu gəlir. Və vaxtiykən bu sənətçilərin çoxu belə tədbirlərdə iştirak üçün Mənzərə az pay-puş verməyiblər. Ona görə də dillənə bilmirlər. Bunu sübut eləmək üçün əlimizə səs yazan gəzməli deyilik. Gördüyümüzü deyirik. Bunu bir nəfər desəydi, inandırıcı olmazdı. Amma bir çoxu Mənzərdən narazıdı. Mədəniyyət nazirinin (Adil Kerimli) qabağında mənim, Nura xanımın, Pərviz Qasımovun, kamança ifaçısı Şəhriyarın, Elvin Novruzovun, Pərviz Fərhadovun, müğənni Təranə Mahmudovanın , tarzən Məsim İslamovun və bir çoxlarının şikayət ərizəsi (Mənzərdən) var. 20 - yə yaxın şahid özü də böyük göstəricidi",-deyə müğənni bildirib.
Oxu24.com sənətçilərin səsləndirdiyi iddialarla bağlı həm Mədəniyyət Nazirliyinin,həm də yazıda adı hallanan Mənzər Nurəliyevanın mövqeyini təqdim etməyə hazırdır.Sayt bununla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.
Miri Məcidli
11:33 / 21 May 2026
1
11:29 / 21 May 2026
13
11:15 / 21 May 2026
135
11:11 / 21 May 2026
25
11:00 / 21 May 2026
42
10:56 / 21 May 2026
56
10:48 / 21 May 2026
223
10:39 / 21 May 2026
149
10:38 / 21 May 2026
50
10:34 / 21 May 2026
55
10:23 / 21 May 2026
49
10:19 / 21 May 2026
55
10:16 / 21 May 2026
57
10:13 / 21 May 2026
103
10:06 / 21 May 2026
61
10:05 / 21 May 2026
53
10:03 / 21 May 2026
211
10:00 / 21 May 2026
57
09:53 / 21 May 2026
52
09:30 / 21 May 2026
58
09:14 / 21 May 2026
145
00:59 / 21 May 2026
265
00:33 / 21 May 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.