Telli Borçalı canlı yayımda hönkürtü ilə ağladı - VİDEO
04 Fevral 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1214
14.11.2025, 01:01
Uzun müddətdən sonra səhnəyə qayıdan müğənni Samir Bağırov tamaşaçıların əksəriyyəti tərəfindən sevgi ilə qarşılanıb.Onun ifa etdiyi "Dön"mahnısı qısa zamanda sosial şəbəkələrdə viral olub.Mahnının xüsusu ilə "Dön,Qarabağ kimi,dön!" sözləri rəğbətlə qarşılanır.
Bəs,Samir Bağırov kimdir?
Oxu24.com estrada müğənnisinin biqrafiyasını təqdim edir:
Samir Rafiq oğlu Minullin(Minullin, Samir Bağırov tatar əsilli atasının deyil ata nənəsinin soyadından istifadə edir) 21 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub.
126 nömrəli orta məktəbdə oxuduğu zaman bir çox festival və müsabiqələrdə iştirak etmişdir.Orta məktəbi bitirdikdən sonra(1984)Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının klassik vokal şöbəsinə daxil olmuşdur. Konservatoriyanı bitirdikdən 2 il sonra sovet ordusuna hərbi xidmətə çağırılmışdır və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertləridə solist kimi çıxış edib.Hərbi xidməti Ukraynada başa vurub.(Ukrayna ilə yanaşı Rusiya,Belarusiya,Baltik ölkələri,Orta Asiya,Almaniya,Monqolustan və Əfqanıstan)İlk dəfə "Qaya" dövlət orkestrində işləməyə başlayıb.Paralel olaraq "Qaya" və "Gülüstan" qrupunda solistlik edib.
1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi "Bakı Payızı-88" müsabiqəsində laureat olmuşdur. Müsabiqədən sonra 1989-cu ildə Moskvadakı Gnessin State Musical Collage-ində (Hansı ki,həmin musiqi akademiyası rus estradasına Filip Kirkorov,Larisa Dolina,Murat Nasirov,Valeriya,Linda kimi ulduzlar bəxş edib) musiqi təhsilini davam etdirir.
Həmçinin oxuyun
1991-ci ildə keçirilmiş "Yalta-91" müsabiqəsində Samir Bağırov ikinci yerə layiq görülmüşdür.Yaltada keçirilən müsabiqədən sonra məşhur rus bəstəkarı Igor Krutoy Samirə "Маленькое Кафе" və "Отзовись" mahnılarını bəstələyir.Hər iki mahnı ORT və RTR kimi kanallarda səslənir.1992-ci lidə "Otzovis" mahnısı "Mayak" radiosunun keçirdiyi müsabiqədə 5-ci yeri tutub və MDB-in 10 ən məşhur mahnısından biri olub.Məhz bu uğurlardan sonra "Musiqi teatr"da işləmək üçün Samir Bağırova təklif gəlir lakin bir il sonra həmin teart dağılır və Samir Polad Bülbülöğlunun xahişi ilə vətənə qayıdır.1993-cü ildə ilk dəfə "Respublika"sarayında solo konsertini keçirir və həmin konsertdə Eldar Mansurov Z.Abdullayevin mahnıları səslənir.1995-ci lidə "Ostrov lyubvi" (musiqi və sözlər Samir Bağırov) mahnısının klipiylə MDB klip müsabiqəsində birincilik qazanıb.1996-cı ildə Samir ikinci dəfə "Respublika"sarayında solo konsert verir(Мы так любим друг друга) "Asiya Dausı" müsabiqəsinin fəxri qonağı kimi yarışmaya dəvət olunmuşdur. 2000-2001-ci ildə "Bakı Payızı" müsabiqəsinin münsiflər heyətinin üzvü kimi çıxış etmişdir. 2000-ci ildə "Sevgilim"klipi Samirə daha böyük uğur gətirir."Sevgilim"klipinin prezintasiyası "Sərin"restoranında baş tutur."Sevgilim"klipi 2000-ci illərin ən yaxşı "The Best" mükafatına layiq görülür."Sevgilim"layihəsinə produserliyi Naira Əsgərova öz öhtəsinə götürür.Klipə rejissorluğu Stas Rubençik operatorluğu Nadir Mextiyev edir.Brilliant Dadaşova ilə ifa olunan "Geri Verərmi"dueti "Altun Nar" və "Grand" mükafatlarının sahibi olur.
2000-ci illərin əvvəlinə qədər Samir Bağırov müxtəlif janrlarda mahnılar ifa edir.Ən son albomu "Sənsizlik" ən son klipi "Sevmədin gülüm" və ən son mahnısı "Son Yarpaq"(2010)olur.Müğənni ən son 2016-cı ildə Aygün Kazımova ilə birlikdə "Səninlə"duetini ifa edib.
Müğənni uzun müddət idi ki,səhnədən uzaq düşmüşdü.
Hazırladı: Ayla
00:23 / 05 Fevral 2026
279
00:07 / 05 Fevral 2026
573
23:58 / 04 Fevral 2026
203
23:53 / 04 Fevral 2026
409
23:38 / 04 Fevral 2026
154
23:29 / 04 Fevral 2026
1032
22:51 / 04 Fevral 2026
337
22:47 / 04 Fevral 2026
174
22:43 / 04 Fevral 2026
129
22:34 / 04 Fevral 2026
115
22:31 / 04 Fevral 2026
77
22:09 / 04 Fevral 2026
826
21:59 / 04 Fevral 2026
94
21:51 / 04 Fevral 2026
77
21:15 / 04 Fevral 2026
2563
21:06 / 04 Fevral 2026
83
21:03 / 04 Fevral 2026
206
20:53 / 04 Fevral 2026
98
20:48 / 04 Fevral 2026
642
20:46 / 04 Fevral 2026
126
20:31 / 04 Fevral 2026
530
20:27 / 04 Fevral 2026
99
20:24 / 04 Fevral 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.