Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
884
05.11.2025, 22:30
İnstitut illərində əmisi oğlu Rafaellə bir-birlərini sevirlər. Ancaq onların ailə qurmasına nə Sədaqətin atası Süleyman kişi, nə də əmisi Məlik Dadaşov razı olur. Səbəb isə həm Rafael Dadaşovun, həm də Sədaqətin həddindən artıq ərköyün və inadkar olması olur. Ancaq onlar heç kimi dinləməyib ailə qururlar. Bu evlilikdən onların Emil, Leyla və Səidə adlı övladları doğulur.
Həmin ərəfədə aktrisa Rafael Dadaşovla birgə “Polkovnik Şaber”, “Səni axtarıram” tamaşasına çəkilir. 1987-ci ildə ekranlaşdırılan “Yaşıl eynəkli adam” televiziya tamaşasında isə aktrisa Yaşar Nuri ilə tərəf müqabili olur. Ona ən böyük uğuru da həmin tamaşadakı Kazımın arvadı rolu və “Kazım, bay-bay istəmirsən?” replikası gətirir. Bu tamaşadan sonra aktrisa ekranlardan və səhnədən uzaqlaşır.
Bir müddət keçəndən sonra Sədaqət xanımla Rafael bəy arasında söz-söhbət yaranır. Bir-biri ilə yola getməyən cütlüyün ailə münasibəti hamını narahat edir. Daha sonra isə Sədaqət Dadaşova həyat yoldaşından ayrılır.
Sədaqət xanım başqa bəylə ailə həyatı qurur.
Cütlük boşandıqdan sonra Rafael Dadaşov övladlarının tərbiyəsi və baxımı ilə özü məşğul olur, ikinci dəfə isə heç vaxt ailə qurmur. Həqiqi sevgi insanın həyatında bir dəfə olur. Mənim də bir sevgim olub, sonuna qədər də bu sevgiyə sadiq qalmışam” sözlərini deyir. Aktyorun yaxın dostu müğənni Faytonçu Nazim Xalq artisti Rafael Dadaşovu müsahibələrinin birində belə xatırlayır:
“Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət şeirləri yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi”.
Ətraflı videoda:
14:55 / 23 May 2026
144
14:53 / 23 May 2026
61
14:51 / 23 May 2026
57
11:44 / 23 May 2026
78
11:41 / 23 May 2026
100
11:40 / 23 May 2026
81
10:08 / 23 May 2026
147
01:03 / 23 May 2026
264
00:16 / 23 May 2026
554
00:09 / 23 May 2026
495
00:06 / 23 May 2026
255
00:04 / 23 May 2026
190
00:00 / 23 May 2026
476
23:49 / 22 May 2026
175
23:45 / 22 May 2026
633
23:43 / 22 May 2026
426
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
271
23:30 / 22 May 2026
159
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
203
23:14 / 22 May 2026
216
23:02 / 22 May 2026
1024
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.