Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2326
29.10.2025, 22:03
Xəbər verdiyimi kimi, müğənni Səidə Dadaşova xalası Lalə Dadaşovanın ünvanına sərt sözlər deyib.
Oxu24.com xəbər verir ki, L.Dadaşova "Elgizlə izlə" proqramına zəng edərək Səidəyə cavab verib. O bildirib ki, Səidədən bütün ailəsi üz döndərib:
"Səidə bacımın balasıdır, onun xalasıyam. Ailəmizi gözəl tanıyırsınız, balaca yaşımızda anasız qalmışıq, bizi ata böyüdüb, qayda ilə ailə qurmuşuq. Övladlarımız dünyaya gəlib. Rafael dünyasını dəyişənə qədər hər şey qaydasında idi. Mənim üçün bunlar xoş deyil. İndi tam əksidir, bizim nifrət etdiyimiz onun əri deyil. Rafaelin üçü günü mənə səsyazısı gətirdilər. Ona qulaq asandan sonra Səidəyə son qoydum. Maqaya nifrət edə bilmərəm, çünki Səidəni küçələrdən yığdı, onu arvad etdi".
L.Dadaşova əlavə edib ki, bacısı Sədaqət Dadaşova Səidəni övladlıqdan silib:
"Uşağı olanda gəldilər bağımıza, bacım xəstə canı ilə uşağa baxırdı. Səidə əri ilə gedib gəzirdi. Sonra bağdan çıxandan sonra Sədaqətə ağzından gələni dedi. Sədaqət söylədi ki, Səidə ilə bitdim. Səidə uşaq dünyaya gətirənə qədər Sədaqətin yanında olub. Onu niyə sildiyimizi Sədaqətdən soruşun. Neçə dəfə Sədaqətə dedim ki, sizi barışdırım, ana-balasınız. Dedi, yox, bağışlamayacağam onu.
Səidə gündəmdən düşən kimi daşı atır Brillianta, Sədaqətə, Laləyə. Necə oldu bütün uşaqlar bizim yanımızdadır, ailəmiz birdir. Mən Maqa və Səidənin haqqımda dediklərini eşitdim və ondan sonra onlara dedim ki, sizinlə bitdim. Maqa mənə qayınana deyirdi".
Müğənni bacısı qızını sosial şəbəkələrdə "qara siyahı"ya atdığını söyləyib:
"Səidə hər yerdə bizi biabır edib. Hər yerdə Səidəni "qara siyahı"ya atmışam. Nə pis söyüş var Səidənin ağzındadır. Mənim üçün Səidə yoxdur. Birinci ailəm uğursuz olub, ikinci həyat yoldaşım rəhmətə gedib. Oldu bitdi. Ayıbdır... Ailənin ad-sanı var. Rafaelin (mərhum Xalq artisti Rafael Dadaşovu nəzərdə tutur - red.) ruhu çox narahatdır. Mənim məclisimdə, övladlarımın ətrafında Səidə olmayacaq. O, mənim üçün yoxdur. İndiyənə qədər Rafaelin, Sofa xanımın, Məlik müəllimin ruhuna hörmət etdim, danışmadım. Amma o həddini aşıb. Maqa bu gün var, sabah yoxdur. Maqaya minnətdaram ki, onu yığışdırıb, arvad etdi. Onu məhkəməyə də verə bilərdim. Amma dedim, bacımın balasıdır.
Mən niyə onu "qara siyahı"ya atmışam? O mənə yazır ki, etmişəm. Mənə yazılan sözləri, səsyazılarını gətirib göstərsəm, Səidəni verilişə çağırmazsınız. Nə oldu bütün bacı balalarım məclisin başında oldu, bircə, Səidə olmadı? Deməli, günahkar odur. Sən yaxşı insan, anana mehriban qız olsaydın başımızın tacı olardın. Bacın Leyli, qardaşın Emil məclisimizin başındadır. Bircə, onu deyirəm ki, heyif Rafaeldən".axsam.az
09:14 / 24 May 2026
1
09:08 / 24 May 2026
16
09:04 / 24 May 2026
22
09:03 / 24 May 2026
21
08:55 / 24 May 2026
102
08:52 / 24 May 2026
59
08:47 / 24 May 2026
47
02:00 / 24 May 2026
196
01:23 / 24 May 2026
249
01:14 / 24 May 2026
927
01:01 / 24 May 2026
276
00:58 / 24 May 2026
116
00:54 / 24 May 2026
562
00:51 / 24 May 2026
319
00:43 / 24 May 2026
498
00:41 / 24 May 2026
312
00:17 / 24 May 2026
484
00:03 / 24 May 2026
153
23:59 / 23 May 2026
365
23:59 / 23 May 2026
188
23:56 / 23 May 2026
309
23:50 / 23 May 2026
229
23:39 / 23 May 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.