Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2192
26.10.2025, 22:46
Azərbaycanlı məşhurların həyat yolu,şəxsi həyatı,hətta ölümü belə onları sevənlərin hər zaman diqqətində olub.Azərbaycan musiqi tarixində xüsusi yeri olan ifaçılardan biri də müğənni Nəzakət Məmmədova idi.
Oxu24.com xəbər verir ki, Nəzakət Əli qızı Məmmədova — Azərbaycan SSR əməkdar artisti olub.
Nəzakət Məmmədova 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Anası onun müəllimə olmasını istəyib.
Anasının istəyini nəzərə alan Nəzakət təhsil almaq üçün Bakıya gəlir. Ali məktəbə qəbul olunsa da, bir müddət sonra təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir.
Sonralar təhsilini incəsənət institutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır. Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır.
Nəzakət Məmmədova gənc yaşda ailə qurur. Lakin, ailə həyatı o qədər də uğurlu alınmır. Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülüb söyülür. Bir axşam isə müğənni yenə də əri tərəfindən möhkəm döyülür. Deyilənlərə görə hətta o, üz-gözündən belə ağır zədələr alır. Onun harayına anası ilə bacısı çatır. Onlar Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakət həyat yoldaşından birdəfəlik ayrılır.
Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.
***
Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyirmiş. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmır. Lakin, onu əməliyyata sövq edən tamaşaçı məktubu olur.
Xanəndə Çəmbərəkənd qəbirstanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürür.
Bəs,bu sevilən ifaçının ölümünə səbəb olan plastik əməliyyatın necə baş tutduğu,ölümünün necə baş verdiyini bilidinizmi?
Oxu24.com jurnalist İradə İsaqın müəllifi aldığı araşdırma verilişini təqdim edir:
Nigar
18:03 / 24 May 2026
55
18:02 / 24 May 2026
176
17:50 / 24 May 2026
205
17:19 / 24 May 2026
77
17:17 / 24 May 2026
75
17:09 / 24 May 2026
89
16:49 / 24 May 2026
78
16:40 / 24 May 2026
317
16:00 / 24 May 2026
93
14:57 / 24 May 2026
104
14:47 / 24 May 2026
157
14:43 / 24 May 2026
408
14:36 / 24 May 2026
130
14:30 / 24 May 2026
353
14:23 / 24 May 2026
128
14:18 / 24 May 2026
90
14:08 / 24 May 2026
94
14:06 / 24 May 2026
2020
14:03 / 24 May 2026
96
13:38 / 24 May 2026
117
13:06 / 24 May 2026
122
12:47 / 24 May 2026
115
12:22 / 24 May 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.