Rusiyada konsert verməkdən imtina etdi
29 İyul 2025, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86Gözəlləşmək istəyərkən həyatını itirdi — Reyhan Müslümova haqda maraqlı faktlar
ŞOU-BİZNES
1044
25.05.2025, 17:52
Oxu24.com dünyasını dəyişmiş sənətkarları yad edir. Bu dəfə təqdim etdiyimiz mövzu müğənni Reyhan Müslümova haqqındadır.
Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, Reyhan xanım sonunda müğənni olmağa qərar verib.
***
O, müğənnilik karyerasında ilk addımlarını “Lalə” qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyan müğənni uzun illər həmkarı Yaqut Babayeva ilə uzun illər küsülü olub.
Dövrünün ən yaxşı bəstəkarları ilə işləyən müğənni 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.
***
Aktrisa Zemfira Sadıqova filmin çəkilişləri barədə maraqlı fikirlər səsləndirərək bunları deyib: “Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi”.
Lakin Reyhan xanımın kürəkəni qeyd edir ki, Leyla Bədirbəyli çəkiliş zamanı o sözləri deməyib, münasibətləri o qədər yaxşı olub ki, Reyhan Müslümova Leyla Bədirbəyliyə hörmət əlaməti olaraq qızının adını Leyla qoyub.
***
Müğənni Xəyyam Nisanovun atası Reyhan Müslümova ilə yaxın dost olublar. Xəyyamın 11 yaşı olanda valideynləri avtomobil qəzasına düşürlər. Bu qəzada Xəyyamın atası dünyasını dəyişib. Bir müddət nağara aləti üzrə təhsil alan Xəyyam Reyhan xanımla tanış olur. Onun özünün sözlərinə görə muğənnilik karyerasında başlamasında Reyhan Müslümovanın ona həm müəllim, həm də insan kimi çox köməyi dəyib.
***
Reyhan Müslümova müğənni Murad Sadıqın bacısının qayınanası olub. Reyhan xanımın yaxın qohumlarından bir oğlu, bir qızı, iki doğma qardaşı və iki doğma bacısı vardır.
Həmçinin oxuyun
Çoxları elə bilir ki, Reyhan xanım əməliyyat zamanı komaya düşüb. Lakin, ailə üzvlərinin kulis.aza verdiyi məlumata görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Ən gülməlisi, xəstəxanadan verilən ölüm kağızında Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub. Beləliklə artıq çəkidən azad olmaq istəyən müğənni 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən zaman 53 yaşında həyatını itirir.
***
Əməliyyata gedəcəyini oğlu və qızından başqa kimsə bilməyib.
Onu əməliyyat edən cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır. O, Reyhan Müslümovanın ölümündən sonra çox böyük stress və əsəb keçirir və bir il sonra o, da dünyasını dəyişir.
***
Reyhan xanımın əməliyyatının yeganə şahidi olan həkim Ziyad Əsədov müğənninin ailəsi ilə bağlı maraqlı faktlar açıqlayarkən deyib ki, Reyhan xanımın həyat yoldaşından on il əvvəl ayrılsa da, o, dünyasını dəyişəndən sonra keçmiş əri xanımının ölümünə görə etirazını bildirib. Lakin, ailə üzvlərinin məlumatına görə Reyhan xanım həyat yoldaşından rəsmi olaraq boşanmayıb.
Sənətçinin oğlu Emin Vəlixanlı müsahibələrinin birində deyir:
"Anam 53 yaşında məlum səbəblər ucbatından dünyasını dəyişib. O vaxtlar bir neçə sənətçi bizimlə maraqlansa da indi artıq kimsənin yadına düşmürük. Nə qədər ki, bəstəkar Ramiz Mirişli Dövlət Televiziyasında işləyirdi, heç olmasa ara bir mərhum anamın video lentə yazılmış mahnılarını səsləndirirdi. Qəribədir, məgər Reyhan Müslümova Azərbaycan incəsənəti üçün heç bir iş görməyib? Çəkildiyi "Dəli Kür" filmi kifayətdir ki, hamı ona baxanda anamın aktrisa bacarığına heyran olur. Ölümünə bir-iki ay qalmış anama Əməkdar artist fəxri adını vermək istəyirdilər. Lakin özü razılaşmadı. Çünki həmin vaxt bir qrup gənc müğənni də həmin fəxri ada layiq görülmüşdü. Heç Xalq artisti də olmaq istəmirdi. Deyirdi ki, "mən xalqımın artistiyəm".
***
2004-cü ildə oğlu tərəfindən "Mən həyatda olmayanda" adlı musiqili diski və konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirilib.(kulis.az)
14:32 / 30 İyul 2025
Altay Respublikasında zəlzələ baş verib
1
14:29 / 30 İyul 2025
Çin və Rusiya arasında birgə təlimlər olacaq
5
14:17 / 30 İyul 2025
Tramp bildirib ki, Si Cinpin onu Çinə dəvət etmək istəyir
9
14:09 / 30 İyul 2025
ABŞ Fransanın Fələstini tanımasını nasistlərin qələbəsi ilə müqayisə edir
14
13:55 / 30 İyul 2025
ABŞ Çinin üstünlüyünü tanıdı
13
13:33 / 30 İyul 2025
Prezident Sərəncam imzaladı
348
13:28 / 30 İyul 2025
Yapon Vanqa 2025-ci ilin iyulunda zəlzələ olacağını proqnozlaşdırıbmış
24
13:25 / 30 İyul 2025
Somaliland ABŞ-yə nə təklif edir?
18
13:15 / 30 İyul 2025
Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
124
13:05 / 30 İyul 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
106
13:02 / 30 İyul 2025
ABŞ-da onlarla ravvin saxlanılıb
29
12:56 / 30 İyul 2025
Zəlzələ o qədər güclü oldu ki,ağ BALİNALAR sahilə çıxdı - VİDEO
28
12:41 / 30 İyul 2025
İşləməyə Rusiyaya gedənlərə pis xəbər — Qalmaqallı qadağa barədə detallar
108
12:16 / 30 İyul 2025
SON DƏQİQƏ! Rusiya məşhur azərbaycanlını axtarışa VERDİ
496
12:15 / 30 İyul 2025
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
70
12:05 / 30 İyul 2025
Tailand gərginlik ərəfəsində bunu QADAĞAN ETDİ
43
11:58 / 30 İyul 2025
Nəhəng vulkan belə PÜSGÜRDÜ - ANBAAN
45
11:52 / 30 İyul 2025
Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
45
11:50 / 30 İyul 2025
Bu diplomlar tanınmadı
44
11:40 / 30 İyul 2025
Azərbaycanlılar bu ölkədən deportasiya EDİLDİ
799
11:32 / 30 İyul 2025
Litva pilotsuz təyyarələri vurmağa hazırlaşır
48
11:27 / 30 İyul 2025
Prezident onu təbrik etdi
46
11:25 / 30 İyul 2025
Çin Ukraynanın xarici siyasətinə görə fikir ayrılığına düşüb
43
11:19 / 30 İyul 2025
Hollandiya -İsrail qarşıdurması
36
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.