Qaynar xətt:

(+99450) 247 90 86

Səhnədən getmişdi, indi Londonda ev axtarır

Səhnədən getmişdi, indi Londonda ev axtarır

ŞOU-BİZNES

428

02.12.2024, 10:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məşhur britaniyalı müğənni Adel nişanlısı, iş adamı Riç Pol ilə yenidən Londona köçməyi düşünür.

Oxu24.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, onun Los-Ancelesdə yerləşən Beverli-Hillzdəki 58 milyon dollarlıq malikanəsini satmaq fikri yoxdur.

Qeyd olunub ki, Riç onu bu işdən çəkindirməyə çalışır, lakin Adel çox güclü qadındır və o, qərarını verəndən sonra heç kim bunu​ dəyişdirə bilməz.

Xatırladaq ki, 220 milyon dollar sərvəti olan “Qremmy” mükafatlı müğənni noyabrın sonlarında Las-Veqasda “Weekends With Adele” adlı sonuncu konsertini verərək səhnə ilə vidalaşıb. Belə ki, o, bir müddət öncə qulaq infeksiyası səbəbindən eşitmə problemi yaşadığını və çətin müalicə prosesi keçdiyini açıqlayıb.