Qaynar xətt:

(+99450) 247 90 86

Qaxda vəzifəli şəxs vəfat etdi

2019/12/12/1576096478_046cfd2758a07f46d5a4c18bcc4e1ca3.jpg

SON DƏQİQƏ

625

12.12.2019, 00:33

Qaxda 62 yaşlı məktəb direktoru qəflətən dünyasını dəyişib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Qax şəhər 5 saylı tam orta məktəbin direktoru, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri, 1957-ci il təvəllüdlü Sevil Musa qızı Əsgərova bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib. Qeyd edək ki, 62 yaşlı Sevil Əsgərova 10 ildən çox idi ki, şəhər 5 saylı orta məktəbə rəhbərlik edirdi. O, həm də 5 ildən artıq bir müddət idi ki, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri idi.