Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
4430
04.03.2025, 19:05
Fevral ayında ölkə ərazisində soyuq hava kütlələrinin təsiri daha çox təkrarlanıb. Buna uyğun olaraq havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 15 gün normadan aşağı olub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, ötən ay maksimal temperatur fevralın 16-sı qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə İmişli rayonunda 18, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcə isti olub. Ay ərzində ən soyuq dövr 24-25 fevral tarixlərində qeydə alınıb. Belə ki, ölkə üzrə Şahdağda 23, Bakıda və Abşeron yarımadasında isə 7 dərəcə şaxta müşahidə olunub:
“2025-ci ilin fevral ayında bölgələr üzrə 20 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağış bölgələr üzrə aylıq normanın 244 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 172 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”.
N. Mahmudov qeyd edib ki, 2025-ci ilin fevral ayında Bakıda və Abşeron yarımadasında 10 gün qarlı hava şəraiti müşahidə olunub. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 12 sm olub.
Bölgələrdə isə ən çox qar Balakən-Şəki zonasında qeydə alınıb, Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) qar örtüyünün maksimal hündürlüyü 82 sm-ə çatıb:
“Qeyri-sabit hava şəraitinin fonunda ay ərzində arabir güclənən şimal-qərb küləkləri üstünlük təşkil edib və ümumilikdə küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib”.
14:50 / 05 Noyabr 2026
5
14:48 / 05 Noyabr 2026
33
14:44 / 05 Noyabr 2026
32
14:41 / 05 Noyabr 2026
49
14:36 / 05 Noyabr 2026
49
14:25 / 05 Noyabr 2026
70
14:24 / 05 Noyabr 2026
80
14:18 / 05 Noyabr 2026
183
14:08 / 05 Noyabr 2026
112
14:01 / 05 Noyabr 2026
83
13:48 / 05 Noyabr 2026
854
13:41 / 05 Noyabr 2026
100
13:20 / 05 Noyabr 2026
147
13:12 / 05 Noyabr 2026
160
13:02 / 05 Noyabr 2026
346
13:00 / 05 Noyabr 2026
188
12:56 / 05 Noyabr 2026
166
12:51 / 05 Noyabr 2026
126
12:41 / 05 Noyabr 2026
411
12:40 / 05 Noyabr 2026
130
12:39 / 05 Noyabr 2026
110
12:36 / 05 Noyabr 2026
181
12:27 / 05 Noyabr 2026
587
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.