Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın şəhid olan ilk Baş prokurorunun doğum günüdür -

2018-10/1539064132_ismet-qayibov.jpg

SİYASƏT

1089

09.10.2018, 09:48

 Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru, şəhid general İsmət anadan olmasının 76-cı ili tamam olub.
Oxu24.com-un məlumatına görə, yaşasaydı işğalçı erməni silahlı birləşmələri ilə apardığı mübarizə və cəsarətinə görə məşhurlaşan İsmət Qayıbovun ötən gün 76 yaşı tamam olacaqdı. İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Bunun da gələcək prokurorun həyatında rolu böyükdür. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alan gələcək prokuror, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirib. 1963-cü ildə əmək fəaliyyətinə başlayıb, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub, 1969-cu ildə Əli-Bayramlı Şəhər ( indiki Şirvan) Komsomol Komitəsinin birinci katibi seçilib. 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olunub – Bakının 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyinat alıb. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru təyin edilən İsmət Qayıbov 20 noyabr 1991-ci il tarixinədək bu vəzifədə çalışdı. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.   İsmət Qayıbov ailəli idi. Leyla xanımla nikahından iki övladı doğulub - qızı Firuzə, oğlu İsmayıl...