Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan istefa verir - Özü açıqladı

2018-10/1538507205_pasi.jpg

SİYASƏT

1541

02.10.2018, 23:08

\"\" Ermənistanın baş naziri Nikol Paşinyan postunu tərk etməyə hazırlaşır.
Oxu24.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib. O, baş nazir postunu növbədənkənar parlament seçkiləri üçün tərk edəcək. “Düşünürəm ki, xalq bu müddətdə yeni baş nazirin seçilməsinə yol verməz”, deyə Paşinyan bildirib. O, istefadan sonra hökumət başçısı öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin dekabr ayında keçiriləcəyini deyib.