Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi

2018-09/1537946234_foto-1.jpg

SİYASƏT

1794

26.09.2018, 11:17

\"\" İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmən azadlığa buraxılıb.
Oxu24.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib. “Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam”, - Umut Ali bildirib. O, pasport əməliyyatları bitdikdən sonra Gürcüstandan Türkiyəyə dönəcək. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, yeniyetmənin ekstradisiyasını tələb etmişdi.