Hökumət üzvləri parlamentdədir
16 Noyabr 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
242
26.10.2026, 12:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.
Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.
Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.
Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.
Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.
Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.
11:33 / 16 Noyabr 2026
6
11:27 / 16 Noyabr 2026
32
11:26 / 16 Noyabr 2026
37
11:20 / 16 Noyabr 2026
44
11:11 / 16 Noyabr 2026
54
11:06 / 16 Noyabr 2026
51
11:01 / 16 Noyabr 2026
53
10:57 / 16 Noyabr 2026
80
10:46 / 16 Noyabr 2026
59
10:41 / 16 Noyabr 2026
92
10:40 / 16 Noyabr 2026
96
10:37 / 16 Noyabr 2026
75
10:23 / 16 Noyabr 2026
83
10:04 / 16 Noyabr 2026
70
09:57 / 16 Noyabr 2026
108
09:47 / 16 Noyabr 2026
108
09:32 / 16 Noyabr 2026
79
08:54 / 16 Noyabr 2026
117
08:45 / 16 Noyabr 2026
118
08:42 / 16 Noyabr 2026
487
08:32 / 16 Noyabr 2026
116
08:21 / 16 Noyabr 2026
124
08:01 / 16 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.