Prezident Ukrayna ilə bağlı QANUNU İMZALADI
12 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
285
10.10.2026, 19:53
Dövlət idarəçiliyində şəffaflığın artırılması, rüşvətxorluğun qarşısının alınması və məmurların dürüstlüyünün təmin olunması hər zaman cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri olub. Bu məqsədlə illərdir müzakirə olunan vacib məsələlərdən biri də vəzifəli şəxslərin gəlir və əmlaklarını açıqlaması, yəni bəyannamə verməsidir. Bu sahədə hansı qaydaların mövcud olması, sistemin necə işləməsi və hansı boşluqların qalması isə diqqət mərkəzindədir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı deputat Razi Nurullayev Modern.az-a danışıb.
“Azərbaycanda vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi verməsi ilə bağlı qanunvericilik var və burada məsələ kifayət qədər aydın şəkildə tənzimlənib. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun və 2005-ci ildə qəbul edilmiş müvafiq qaydalar vəzifəli şəxslərin hər il öz gəlirlərinin mənbəyini, növünü və məbləğini, əmlakını, bank əmanətlərini, qiymətli kağızlarını, şirkətlərdə iştirakını və müəyyən maliyyə öhdəliklərini bəyan etməsini tələb edir. Qaydalara görə, illik bəyannamə yanvarın 1-dən 30-dək, vəzifəyə yeni təyin olunan şəxs tərəfindən isə vəzifəsinin icrasına başladığı gündən 30 gün ərzində təqdim olunmalıdır”.
Razi Nurullayev qeyd edib ki, əsas məsələ qanunun effektiv şəkildə işləməsidir.
“Burada əsas problem qanunun mövcud olub-olmaması deyil. Əsas problem qanunda nəzərdə tutulan sistemin tam və effektiv şəkildə işləməsidir. 2005-ci ildən bu yana bəyannamənin forması və təqdimetmə mexanizmi ilə bağlı məsələ həllini tapmayıb. Nəticədə kağız üzərində kifayət qədər aydın öhdəliklər olsa da, onların real nəzarət, yoxlama və məsuliyyət mexanizminə çevrilməsində ciddi boşluq yaranıb. Bu məsələ beynəlxalq qiymətləndirmələrdə də xüsusi olaraq qeyd olunur.
Vəzifəli şəxsin gəlir və əmlakının bəyan edilməsi sadəcə formal hesabat proseduru kimi qəbul edilməməlidir. Bu mexanizm dövlət idarəçiliyində şəffaflığın, maraqlar toqquşmasının qarşısının alınmasının və qanunsuz varlanma riskinin müəyyən edilməsinin mühüm alətlərindən biridir. Bəyannamə təqdim olunursa, onun düzgünlüyünü yoxlayan real mexanizm də işləməlidir”.
Deputat vurğulayıb ki, məlumatları bəyan etmək ilə ictimaiyyətə açıqlamaq fərqli anlayışlardır.
“Hazırkı qaydalara əsasən, təqdim edilən maliyyə məlumatları şəxsi həyatın sirri və konfidensial məlumat kimi qorunur. Buna görə “bəyan etmək”lə “ictimaiyyətə açıqlamaq” eyni məsələ deyil.
Bu sistem tam və ardıcıl şəkildə tətbiq olunarsa, gəlir və əmlak bəyannamələri dövlət idarəçiliyində şəffaflığın və ictimai etimadın gücləndirilməsinə xidmət edə bilər. Bunun üçün elektron bəyannamə mexanizminin yaradılması, məlumatların qanunvericilik çərçivəsində yoxlanılması və bütün vəzifəli şəxslər üçün aydın və vahid qaydaların formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Burada əsas məqsəd hər hansı vəzifəli şəxsi hədəfə almaq deyil, dövlət idarəçiliyində şəffaflığı təmin edən və hamı üçün eyni qaydada işləyən müasir bir sistem qurmaqdır”.
Hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı fikirlərini bölüşüb.
Hüquqşünas bildirib ki, qanunvericilikdə məmurların və onların ailə üzvlərinin maliyyə xarakterli məlumatları təqdim etməsi nəzərdə tutulub.
“24 iyun 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” adlı qanun qəbul olunub. Həmin qanuna görə, hər bir məmur və onunla yaşayan ailə üzvü hər il yanvarın 1-dən 30-dək maliyyə xarakterli məlumatlarını müvafiq orqanlara təqdim etməlidir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5-ci maddəsində məmurların gəlirlərinin mənbəyini, növünü və məbləğini, vergitutma obyekti olan əmlakı, avtomobili, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları, şirkətləri, fondları və digər təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı ilə bağlı məlumatları təqdim etməli olduğu qeyd olunur. Bu məlumatları yalnız məmurun özü deyil, ailə üzvləri də verməlidir”.
Hüquqşünas deyib ki, hazırda Azərbaycanda bu tələblər praktik olaraq tətbiq olunmur.
“Halbuki 2005-ci ildə qəbul olunmuş qanuna görə, məmurlar və onların ailə üzvləri gəlirlərini bəyan etməlidirlər. Biz 2005-ci ildə BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına da qoşulmuşuq.
Amma bu qanun tətbiq olunmur.
Niyə? Halbuki gəlirlərin bəyan olunması korrupsiyaya qarşı mübarizənin sütunlarından biridir. Hələ 2005-ci ildə Nazirlər Kabineti iki ay ərzində bəyannamənin formasını təsdiqləməli idi. Formasını! Məzmun artıq qanunda var. Nazirlər Kabineti 21 ildir bunu etmir”, – deyə hüquqşünas vurğulayıb.
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.