Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
240
23.09.2026, 16:25
Ermənistanın daxili siyasi gündəmində Azərbaycanla sərhəd və ərazi məsələləri yenidən kəskin müzakirə mövzusuna çevrilib. Xüsusilə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyanın son açıqlamaları ölkə daxilində geniş maraq doğurub. Saqatelyan hökumətin Tavuş istiqamətində, Kərki kəndinə qədər olan bəzi əraziləri Azərbaycana təhvil verməyə hazırlaşdığını iddia edib. Deputat konkret hansı ərazilərin nəzərdə tutulduğunu açıqlamasa da, bu bəyanatın əsasən Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı olduğu ehtimal edilir.
Sözügedən ərazilərin qaytarılması ehtimalı rəsmi İrəvanın sərhəd siyasətində hansı addımlara hazırlaşdığı sualını aktuallaşdırır. Ekspertlər bu prosesin regiondakı sülh quruculuğu və sərhədlərin delimitasiyası kontekstində mühüm mərhələ olduğunu bildirirlər. Azərbaycan tərəfi isə işğal altındakı torpaqların geri qaytarılmasını haqlı tələb olaraq qətiyyətlə qarşılayır. Yaranmış bu həssas siyasi fonda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Turan Rzayev erməni tərəfinin mövqeyini və prosesin pərdəarxası məqamlarını dəyərləndirib.
Azərbaycanla Ermənistan arasında anklav və eksklav məsələlərinin həllinin gözlənilən proseslərdən biri olduğunu qeyd edən şərhçi bildirib ki, bunun təxminən 50 faizi Qazax istiqamətində işğal altında olan 4 kəndin qaytarılması ilə öz həllini tapdı.
Sonrakı mərhələdə Kərki və digər kəndlərlə bağlı məsələ ətrafında danışıqların rəsmən açıqlanmasa da müəyyən qeyri-müəyyənlik yaratdığı vurğulanıb:
“Tərəflərin bu məsələdən tamamilə imtina etdiyini düşünmək səhv olar, çünki əsas yanaşma tərzi tərəflərin daha təmkinli addımlar atmasından ibarətdir”.
Siyasi şərhçi qeyd edib ki, əgər bu prosesdə keçmiş rəhbərlər Robert Köçərən və Serj Sarkisyan olsaydı, diplomatik irəliləyiş əldə etmək çox çətin olardı, çünki onlar müharibə ritorikasına üstünlük verirdilər:
“Baş nazir Nikol Paşinyan məsələyə daha praqmatik yanaşır və hərbi ritorikadan yayınmağa çalışır. Paşinyan parlamentdə çıxış edərkən qondarma ifadələr deyil, məhz "Kərki" ifadəsini işlədir və ərazinin Azərbaycana məxsus olduğunu bildirir”.
Turan Rzayev vurğulayıb ki, Azərbaycan tərəfi mövcud torpaqların geri alınmasını haqlı olaraq tələb edir, lakin bunun sürətli yoxsa yekun həll prinsipləri ilə reallaşacağı zaman məsələsidir:
“Mərkəzi Asiya, o cümlədən Fərqanə vadisi təcrübəsində qarşılıqlı anklavların dəyişdirilməsi presedentləri mövcuddur, lakin bunun Azərbaycan-Ermənistan münasibətlərində necə tətbiq olunacağı hələ dəqiq bilinmir.
Hələlik bəlli olan odur ki, Paşinyan erməni cəmiyyətini bu reallıqlara razı olmağa çalışır və prosesin hansı vaxtda yekunlaşacağını zaman göstərəcək”.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.