Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
15 Noyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
401
06.09.2026, 12:14
Şəhidlər and yerimiz, qürur mənbəyimizdir. Qəhrəmanlarımızın canı, qanı bahasına azad edilən, qazilərimizin uğrunda sağlamlığını itirdiyi müqəddəs məkanlar təkcə ziyarətgah deyil, həm də xalqımızın qəhrəmanlıq salnaməsinin canlı yaddaşıdır. Hər məzar daşı bir ömrün, bir amalın və sarsılmaz Vətən sevgisinin təcəssümüdür. Bu torpaqlar uğrunda canından keçən igidlərimizin adları xalqımızın yaddaşında əbədi yaşayacaq.
Biz hər bir şəhidimizin adını sevgi və ehtiramla xatırlamalı, onları qəlbimizə yazmalı və gələcək nəsillərə tanıtmalıyıq.
Oxu24.com xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, "Kəlağayı Evi Muzeyi"nin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Eldar Tomarlı bildirib.
O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıq yolu dillər əzbəri olmalı, onların göstərdiyi şücaət məktəblərdə, ailələrdə və mədəniyyət ocaqlarında daim təbliğ edilməlidir. Çünki Vətəni yaşadan onun qəhrəman övladlarının xatirəsidir.
"Şuşanın hər qayası bir dastan, hər küçəsi qəhrəmanlıq tariximizin şahididir. O müqəddəs şəhərin daşına, torpağına şəhidlərimizin qanı hopub. Şuşanın azadlığı uğrunda canından keçən oğullarımız Azərbaycan xalqının yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdilər. Bu zəfər yalnız hərbi qələbə deyil, həm də milli birliyimizin, əyilməz iradəmizin və Vətən sevgimizin təntənəsidir", - deyə Güllü Eldar Tomarlı vurğulayıb.
Tariximizi və təbiətimizi qorumağın şəhidlərimizin ruhuna ehtiram olduğunu söyləyən İctimai Birliyin sədri son zamanlar Şuşa və ətraf ərazilərdə müşahidə olunan mənfi bir hala da diqqət çəkib: "Bəzi ziyarətçilər tərəfindən tarixi qayaların və daşların üzərinə sprey boyalarla şəhidlərimizin adlarının yazılması haqlı olaraq cəmiyyətdə ciddi narazılıq və ictimai qınaq doğurur. Biz başa düşürük ki, bu addımı atanlar bunu ehtiram və sevgidən edirlər. Lakin unutmaq olmaz ki, Vətən torpağını, onun təbiətini və müqəddəs qayalarını boyalarla korlamaq, yazılarla zədələmək hörmət əlaməti sayıla bilməz. Şəhidlərimiz elə bu qayalar, bu torpaqlar korlanmasın, yad tapdağı altında qalmasın, öz təbii və əzəmətli gözəlliyini qorusun deyə canlarından keçiblər.
Şəhidin adı qayaların üzərinə boya ilə deyil, qəlbimizə, yaddaşımıza, tariximizə və ucaltdığımız abidələrə yazılmalıdır. Tarixi və təbii irsimizə zərər vurmaqla şəhid adını yaşatmaq doğru deyil. Hər birimiz bu cür hallara qarşı həssas olmalı, təbiətimizi və tariximizi göz bəbəyimiz kimi qorumalıyıq".
Güllü Eldar Tomarlı sonda əlavə edib: “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı Evi Muzeyi” olaraq şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların adlarının daim uca tutulmasını mənəvi borcumuz bilirik. Milli-mənəvi dəyərlərimizin, tariximizin və qəhrəmanlıq irsimizin qorunması, gənc nəslə çatdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da eyni məsuliyyət və sevgi ilə davam etdirəcəyik.
Gəlin şəhidlərimizi tanıyaq və tanıdaq. Onların adlarını qürurla çəkək, qəhrəmanlıq salnamələrini yaşadaq. Lakin bunu tariximizə, təbiətimizə və mədəniyyətimizə hörmət çərçivəsində edək. Çünki şəhidlər ölmür, onlar xalqın qəlbində, Vətənin azad səmasında və Azərbaycanın şanlı tarixində əbədi yaşayırlar. Onların əziz xatirəsi qarşısında baş əyir, ruhlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq”.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.