İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
09 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
306
26.08.2026, 09:14
Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Oxu24.com xəbər verir ki, Mehriban Arif qızı Əliyeva – 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda "Göz xəstəlikləri" ixtisası üzrə kliniki ordinatura keçmişdir.
1990–1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmişdir və hazırda onun rəhbəridir.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan – İrs" jurnalını təsis etmişdir.
2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. 2022-ci ilin noyabrında isə Xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlamışdır.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
2006-cı ilin noyabrında humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir.///modern.az
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.