Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
08 Noyabr 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
342
17.08.2026, 14:15
Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında məhkəmə qərarlarının icrası ilə bağlı yeni çoxtərəfli mexanizmin formalaşdırılması prosesi diqqət mərkəzindədir. Sənəd üzərində aparılan son danışıqlarda Azərbaycanın yer almaması diplomatik müzakirələrə və mülahizələrə yol açıb. Ermənistanın prosesdə iştirak etdiyi bir fonda Bakının kənarda görünməsi MDB çərçivəsində hüquqi əməkdaşlıq siyasəti baxımından diqqət çəkir. Bəzi ekspertlər bu addımı Bakı-İrəvan münasibətlərinin təşkilat daxilindəki süreçlərə təsiri kimi qiymətləndirməyə çalışırlar. Lakin Azərbaycanın bu cür platformalardakı mövqeyi hər zaman öz milli maraqlarının qorunmasına söykənir.
Yaranmış suallarla bağlı politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Oxu24.com-a açıqlama verib. O bildirib ki, Azərbaycan kənarda qalmayıb. Azərbaycanın öz xüsusi, özünəməxsus, maraqlarına cavab verən dəst-xətti var və MDB çərçivəsində bir çox məsələlərlə bağlı sazişlər də imzalanıb. Biz bu sazişlər çərçivəsində addımlarımızı atırıq:
“Bu heç də o demək deyil ki, hər bir hansısa danışıqlarda — istər hüquqi əməkdaşlıq olsun, istər hansısa bir sənədin imzalanması olsun — biz mütləq iştirak etməli və nəyəsə imza atmalıyıq. Bu özü-özlüyündə o deməkdir ki, bizim MDB mekanında öz xüsusi rolumuz var, mövqeyimiz var”.
Onun sözlərinə görə, MDB çərçivəsində qəbul edilən qərarlar iştirakçı dövlətlər üçün mütləq xarakter daşımır. Bu yanaşma təşkilatın nizamnaməsində təsbit olunan prinsiplərə əsaslanır. O qeyd edib ki, Azərbaycan bu məsələdə öz milli maraqlarını rəhbər tutur:
“Bu istiqamətdə atdığımız addımlar Azərbaycanın mövqeyini əks etdirir. Bu mövqe kimlərinsə maraqları ilə üst-üstə düşməsə belə, əsas prioritetimiz milli maraqlarımızın qorunmasıdır”.
Çimnaz Telmanqızı
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.