İlham Əliyev təbrik məktubu göndərdi
26 İyul 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
191
22.07.2026, 16:58
Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının təmin edilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib.
Oxu24.com xəbər verir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi “Vəkilə verilən etibarnamənin təsdiq edilməsi” və “Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi” xidmətləri “mygov” platformasına inteqrasiya olunub. Xidmətlər həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi üzərindən vətəndaşlar üçün əlçatandır.
“Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi” xidməti vasitəsilə vətəndaş digər şəxsə öz adından bank əməliyyatlarını (hesab açmaq, hesabdakı vəsaitləri nağdlaşdırmaq, köçürmələr etmək və s.) həyata keçirmək səlahiyyəti verə bilər. “Vəkilə verilən etibarnamənin təsdiq edilməsi” xidməti isə bir şəxsin vəkilə onun adından hüquqi məsələlərin həlli, məhkəmədə təmsilçilik və digər hüquqi əməliyyatların aparılması üçün səlahiyyət verdiyini təsdiq edən sənəddir.
Xidmətlərdən istifadə üçün vətəndaş “mygov” tətbiqində “Xidmətlər” bölməsinə daxil olur. “Bank etibarnaməsi” üçün “Məşğulluq”, “Vəkil etibarnaməsi” üçün isə “Şəxsi” kateqoriyasından müvafiq xidmət seçilir. Daha sonra tələb olunan məlumatlar daxil edilərək etibarnamə müvafiq şəxsə təqdim edilir.
İstifadəçilər müraciətin statusunu “Müraciət tarixçəsi” bölməsindən izləyə və sənəd hazır olduqdan sonra ona çıxış əldə edə bilirlər.
Qeyd edək ki, sözügedən xidmətlərlə yanaşı, bundan əvvəl də müxtəlif həyat hadisələri əsasında Ədliyyə Nazirliyinin 5 xidməti, notariat fəaliyyəti ilə bağlı 6 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması xidmətləri “mygov” platformasına inteqrasiya olunub.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.