İlham Əliyev təbrik məktubu göndərdi
26 İyul 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
396
20.07.2026, 15:15
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticarət, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi prioritet istiqamətlərdə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan yeni protokol imzalanıb. Eyni zamanda, “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli müəssisənin yaradılması barədə Şərtlər Toplusu qəbul olunub. Bu addımlar rəsmi müstəvidə ticarət dövriyyəsinin artırılması üçün müsbət qarşılansa da, imzalanan sənədlərin real iqtisadi səmərəsi və icra mexanizmləri ekspertlər tərəfindən ciddi müzakirə olunur. İctimaiyyət artıq kağız üzərində qalan niyyət protokollarından daha çox, konkret kapital qoyuluşunun və yeni istehsal sahələrinin real nəticələrini görmək istəyir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan iqtisadçı, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, protokollar təkbaşına iqtisadiyyat yarada bilməz.
"Sənədlərin sayını iqtisadi nəticələrlə qarışdırırıq"
Asif İbrahimov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni protokolların və memorandumların imzalanması müsbət hal olsa da, yanaşma dəyişməlidir:
"Etiraf etməliyik ki, son illər biz imzalanan sənədlərin sayını onların iqtisadi nəticələri ilə tez-tez qarışdırırıq. Mən hesab edirəm ki, ictimaiyyət artıq imzalanan memorandumların sayını deyil, onların iqtisadi effektini görmək istəyir.
Birgə investisiya layihələri, əlbəttə ki, iki ölkə arasında ticarət dövriyyəsini artıra bilər. Amma bu, yalnız o halda mümkündür ki, imzalanan sənədlər real istehsala, yeni müəssisələrə, ixrac müqavilələrinə və kapital qoyuluşuna çevrilsin. Əks halda, protokollar mətbuat üçün xəbər olaraq qalacaq, iqtisadiyyat üçün isə statistik rəqəmdən o yana keçməyəcək”.
"Problem tərəfdaş azlığı deyil, icra mexanizminin zəifliyidir"
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın əsas problemi tərəfdaş ölkələrin azlığı deyil. Əsas çətinlik imzalanan sənədlərin əhəmiyyətli hissəsinin icra mexanizminin zəif olması ilə bağlıdır:
"Hər il onlarla memorandum imzalanır, lakin neçə birgə zavod istifadəyə verilir? Neçə birgə sənaye müəssisəsi yaradılır? Neçə milyon dollarlıq məhsul ixrac olunur? Məhz bu suallar cavablandırılmalıdır. Geoloji kəşfiyyat üzrə yaradılacaq birgə müəssisə də yalnız kağız üzərində qalarsa, bunun iqtisadi dəyəri sıfıra yaxın olacaq. Əgər bu əməkdaşlıq nəticəsində yeni yataqlar aşkarlanacaq, emal müəssisələri yaradılacaq, texnologiya transferi həyata keçiriləcək və ixrac gəlirləri artacaqsa, o zaman bunu uğurlu layihə adlandırmaq olar".
Ticarətin strukturu necə olmalıdır?
Mütəxəssis ticarət dövriyyəsinin artmasının öz-özlüyündə bir uğur göstəricisi olmadığını vurğulayıb:
"Əsas məsələ odur ki, biz Özbəkistana nə satırıq, əvəzində nə alırıq və bu ticarət balansı Azərbaycan iqtisadiyyatına hansı əlavə dəyəri yaradır. Əgər dövriyyə yalnız idxal hesabına artırsa, bunun iqtisadi faydası məhdud olacaq”.
Asif İbrahimov hesab edir ki, Azərbaycan xarici iqtisadi siyasətdə yeni yanaşmaya keçməlidir:
“Memorandum diplomatiyasından nəticə diplomatiyasına keçməyin vaxtıdır. Hər imzalanan sənəd üzrə konkret hədəflər müəyyən edilməlidir: neçə milyon dollar investisiya cəlb olunacaq, neçə iş yeri yaradılacaq, ixrac nə qədər artacaq, layihə hansı müddətdə başa çatacaq və bunun icrasına kim cavabdeh olacaq".
Asif İbrahimov sonda qeyd edib ki, müasir iqtisadiyyatda dövlətlərin uğuru imzalanan sənədlərin sayı ilə deyil, icra olunan layihələrin həcmi və iqtisadi nəticələri ilə ölçülür. Əgər Azərbaycan–Özbəkistan əməkdaşlığı bu prinsiplə inkişaf etdirilərsə, o zaman bu tərəfdaşlıq regionun ən uğurlu iqtisadi əməkdaşlıq modellərindən birinə çevrilə bilər.
Çimnaz Telmanqızı
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.