İlham Əliyev təbrik məktubu göndərdi
26 İyul 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
218
13.07.2026, 10:04
“Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Gələn il biz İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Bu, xüsusilə indiki mürəkkəb və gərgin dövrdə bizim üçün böyük məsuliyyətdir.
Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub. Ölkəmizdə keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər məhz həmrəyliyin, qarşılıqlı anlaşmanın və birliyin gücləndirilməsinə xidmət edib.
Zirvə toplantısına qədər vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Təəssüf ki, hazırda müsəlman dünyasında kifayət qədər həmrəylik müşahidə etmirik. Əksinə, gərginliyin artdığını, qarşılıqlı ittihamların səsləndirildiyini və dünyanın müxtəlif bölgələrində, təkcə Yaxın Şərq və Körfəz regionunda deyil, başqa yerlərdə də müharibələrin davam etdiyini görürük.
Bu isə çox məyusedicidir. Mən hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı daxilində həmrəylik təhlükəsizlik və sabitliyin əsas şərtlərindən biridir. Daha çox birlik və qarşılıqlı anlaşma olsa, çətinliklər də daha az olar”, - dövlət başçısı deyib.
Prezident qeyd edib ki, Azərbaycanın bu istiqamətdə rolu hər zaman yüksək qiymətləndirilib: “Müxtəlif dövrlərdə və müxtəlif tərəflər arasında konstruktiv vasitəçi kimi çıxış etmişik. Bizim mövqeyimiz həmişə gərginliyin azaldılmasına və praktik nəticələrin əldə olunmasına yönəlib.
Yeri gəlmişkən, bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin əksəriyyəti eyni zamanda Qoşulmama Hərəkatının da üzvüdür. 120 dövləti birləşdirən bu təşkilat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də yenidən yekdilliklə bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqedə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun etirafı idi.
Eyni potensial COP29-a sədrlik etdiyimiz zaman da mühüm rol oynadı. Bu, hətta daha çətin idi. Çünki çox ziddiyyətli mövqelər, fikir ayrılıqları və qarşıdurmalar mövcud idi. Buna baxmayaraq, nəticə əldə olundu.
Bu gün COP29-un mirası gələcək bütün COP konfransları və yaşıl gündəlik üçün mühüm əhəmiyyət daşıyır.
Biz zirvə toplantısına qədər olan dövrdə və Sammit zamanı bütün imkanlarımızdan istifadə edərək həmrəyliyi nümayiş etdirməyə çalışacağıq və bunun üçün əlimizdən gələni edəcəyik.
Nə dərəcədə uğur qazanacağımızı indidən demək çətindir. Eləcə də gələn yay dünya və regionumuzun necə görünəcəyini proqnozlaşdırmaq asan deyil”.
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.