Azərbaycanda yeni qanun qüvvəyə mindi
27 İyul 2026, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
801
26.05.2026, 20:37
“Əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq".
Bu iddia ilə Ermənistanın sabiq prezidenti və “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan çıxış edib. Köçəryanın mövcud sülh prosesini hədəf alan və "köhnə prinsiplərə qayıdış" siqnalı verən bu bəyanatı regionda ciddi rezonans doğurub. Bəs sabiq prezidentin bu ifadələrlə əsl məqsədi nədir? O, bununla Paris və ya Key Vest prinsiplərini, yoxsa köhnə status-kvonu bərpa etmək niyyətini güdür?
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Ramilə Məmmədli Robert Köçəryanın gizli planlarını və bu bəyanatın arxasında dayanan məqamları tam şərh edib.
“Bu bəyanat daxili siyasi xal yığmağa hesablanıb"
Politoloq Ramilə Məmmədli bildirib ki, Köçəryanın bu çıxışı ilk növbədə Ermənistanın daxili auditoriyasına və seçki maraqlarına xidmət edir. Bu gün Ermənistan daxilində gedən ciddi siyasi proseslər fonunda seçicilərin Köçəryan və Paşinyan arasında seçim etmək məcburiyyətində qaldığını deyən ekspert, sabiq prezidentin bu gedişlə revanşist qüvvələrin rəğbətini qazanmaq istədiyini vurğulayıb:
“Köçəryanın bu gün verdiyi bəyanatlar nə Azərbaycan üçün, nə də bugünkü Ermənistanın real vəziyyəti üçün heç bir reallığı əks etdirmir. Çünki Köçəryanın artıq nə demək istədiyi bəllidir. O demək istəyir ki, yeni danışıqlar getməsə belə, mövcud danışıqların arxasınca gedə bilərik, ancaq bir şərtlə — köhnə prinsiplərdən uzaqlaşmamaq şərti ilə”!
Köçəryan Paşinyanın siyasətini tam rədd edir: "Yeni bir prosesə keçək"
Ramilə Məmmədli Köçəryanın Paşinyan hökumətinə qarşı kəskin müxalif mövqeyini belə şərh edib:
"Biz burada əslində Paşinyanın bu gün yürütdüyü siyasətlə tam razılaşmayan bir Köçəryan görürük. O, bu bəyanatı ilə mesaj verir ki, Paşinyanın diplomatik xəttindən imtina edilməli, yenidən fərqli bir prosesə start verilməlidir. Onun əsas məqsədi Ermənistanın daha güclü mövqeyini ortaya qoymaq və danışıqlar masasında Bakıya şərt diktə etmək rıçaqlarını bərpa etməkdir".
Revanşistlərin 5 bəndlik TƏHLÜKƏLİ PLANI: Paris və Key Vest prinsipləri geri qayıdır?
Politoloq Robert Köçəryanın və onun ətrafındakı qüvvələrin yenidən gündəmə gətirmək istədiyi, lakin Bakının qətiyyətlə rədd etdiyi təhlükəli bəndləri və şərtləri tək-tək sadalayıb. Köçəryan hakimiyyətə gələrsə, aşağıdakı məsələləri yenidən dövriyyəyə sokmağı planlaşdırır:
“Köçəryan Azərbaycanın tarixi zəfəri ilə arxivə gömülmüş köhnə prinsipləri, yəni Qarabağın Azərbaycandan qoparılmasına xidmət edən keçmiş danışıqlar formatını yenidən masaya gətirmək istəyir.
Sabiq prezident Ermənistanın Qarabağ məsələsindəki iddialarını yenidən canlandırmağı və Qarabağdakı ermənilərin statusu mövzusunu yenidən gündəmə gətirməyi öz öhdəliyinə götürür.
Paşinyanın hazırda apardığı delimitasiya prosesi tamamilə dayandırıla bilər”.
Onun sözlərinə görə Köçəryan Ermənistanın maraqlarına uyğun olan, Ermənistan tərəfindən iddia edilən yeni xəritələr (kartlar) və sərhəd xətləri üzərindən tam fərqli bir delimitasiya xətti çəkmək niyyətindədir.
“Azərbaycanın əsas tələblərindən biri olan Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının təmizlənməsi məsələsindən Köçəryan uzaqlaşmaq niyyətindədir. O, konstitusiyanın dəyişdirilməsinə qarşı çıxır. Sabiq prezident sülh sazişinə Ermənistanın mövqeyini gücləndirəcək tam yeni bəndlərin əlavə olunmasını tələb edir”.
“Bakı bu iddiaları heç vaxt qəbul etməyəcək – Bu, reallıqdan uzaqdır"
Ekspert Ramilə Məmmədli xəbərdarlıq edib ki, erməni tərəfinin bu cür revanşist xəyalları regionu yenidən xaosa sürükləyə bilər, lakin bu iddiaların reallaşması qeyri-mümkündür:
"Əlbəttə ki, Köçəryanın ortaya qoyduğu bu məsələlərin və şərtlərin heç birini Bakı bugünkü gündə qəbul etmir və etməyəcək. Çünki artıq Qarabağ məsələsi elə bir nöqtəyə gəlib çatıb ki, 44 günlük Vətən müharibəsindən sonra regional balans tamam dəyişib. Bu gün Azərbaycanla Ermənistan irəliləməli və sülh müqaviləsini imzalamalıdır.
Bəli, Köçəryanın bu seçkilərdə qalib gələcəyi təqdirdə bütün bu məsələləri geriyə çəkmək, sülh prosesini dayandırmaq və danışıqlara yenidən, özü də geridən başlamaq istəməsi tamamilə mümkündür. Lakin bir daha vurğulayıram ki, onun bu bəyanatları reallıqdan uzaqdır və Bakı qarşısında heç bir keçərliyi yoxdur".
Çimnaz Telmanqızı
15:45 / 27 İyul 2026
9
15:21 / 27 İyul 2026
56
15:20 / 27 İyul 2026
47
15:17 / 27 İyul 2026
50
14:59 / 27 İyul 2026
61
14:34 / 27 İyul 2026
61
14:28 / 27 İyul 2026
59
14:04 / 27 İyul 2026
79
13:59 / 27 İyul 2026
82
13:55 / 27 İyul 2026
69
13:50 / 27 İyul 2026
84
13:47 / 27 İyul 2026
62
13:40 / 27 İyul 2026
92
13:30 / 27 İyul 2026
87
13:15 / 27 İyul 2026
83
12:59 / 27 İyul 2026
82
12:45 / 27 İyul 2026
75
12:45 / 27 İyul 2026
88
12:38 / 27 İyul 2026
87
12:30 / 27 İyul 2026
69
12:29 / 27 İyul 2026
75
12:25 / 27 İyul 2026
77
12:21 / 27 İyul 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.