Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan:“Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Paşinyan:“Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

SİYASƏT

60

10.05.2026, 21:09

“Deyirlər ki, biz torpağımızı (Qarabağı nəzərdə tutur - red.)) itirmişik. Bu torpaq necə bizim ola bilər? Zəhmət olmasa, izah edin, necə bizim ola bilər?”

Oxu24.com   xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiöncəsi kampaniya çərçivəsində Sünik bölgəsində seçicilərlə görüşdə bildirib:

 

“Ölülərin arxasınca danışmaq istəmirəm, amma deyək ki, bu ərazi, məsələn, orada buğda yetişdirən bir neçə generalın nəzarəti altında idi.

 

Bəs bizim olduğu sayılırdı? Necə? İzah edin necə? Biz orada məktəb, uşaq bağçası və ya fabrik tikmişikmi, orada yaşayırdıqmı ya da yaşayış məntəqəsi var idimi...

Necə bizim idi? Qarabağ bizim deyildi.”