Qaynar xətt:

(+99450) 247 90 86

"Bu, atəşkəsin pozulması deməkdir" — Əraqçi 

\"Bu, atəşkəsin pozulması deməkdir\" — Əraqçi 

SİYASƏT

75

21.04.2026, 23:42

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin limanlarının blokadaya alınması müharibə aktı sayılır və bu, atəşkəsin pozulması deməkdir.

Oxu24.com xəbər verir ki, o, bunu öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, ticarət gəmisinə hücum edilməsi və heyətinin girov götürülməsi isə daha ciddi qanun pozuntusudur. Nazir vurğulayıb ki, İran tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq, milli maraqlarını qorumaq və təzyiqlərə qarşı dayanmaq qabiliyyətinə malikdir.