“Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquq sistemi təkmilləşdirildi” - Nigar Məmmədova
12 Noyabr 2026, 11:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
722
15.04.2026, 15:02
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çexiyaya işgüzar səfəri çərçıvəsində ölkənin Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hynek Kmoníček, xarici işlər nazirinin birinci müavini Jiří Brodský, Prezident Administrasiyasının Xarici siyasət departamentinin direktoru vəzifəsini icra edən Lucie Nebesářová və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Jiří Skopeček ilə görüşlər keçirib.
Oxu24.com-un məlumatına görə, danışıqlar zamanı Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub.
Tərəflər 2026-cı ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrej Babiš arasında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq, ən yüksək səviyyədə təmasların yaxın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çexiya tərəfi siyasi dialoqun intensivləşdirilməsi, eləcə də ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə enerji, nəqliyyat, sənaye, müdafiə və digər prioritet sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə maraq ifadə olunub.
Keçirilmiş görüşlərdə Çexiya tərəfi Azərbaycan ilə müxtəlif sahələr üzrə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Bu xüsusda, həmçinin iki ölkənin regionlararası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Parlamentlərarası əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə toxunulub. Çexiya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyətini vurğulayıb. Çexiya rəsmiləri Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirərək, ölkəmizi Aİ üçün Mərkəzi Asiyaya etibarlı və strateji çıxış qapısı kimi xarakterizə ediblər. Aİ ilə Azərbaycan arasında münasibətlərdə xüsusilə son dövrlərdə müşahidə olunan müsbət dinamika Çexiya tərəfindən alqışlanıb.
Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. Çexiya tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıb.
Elçin Əmirbəyov səfər çərçivəsində Çexiyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Siyasət və Cəmiyyət İnstitutunda təşkil olunmuş dəyirmi masada çıxış edib, "CNN Prima News" televiziya kanalına və "Europe" jurnalına müsahibələr verib.
11:55 / 12 Noyabr 2026
7
11:50 / 12 Noyabr 2026
14
11:36 / 12 Noyabr 2026
44
11:35 / 12 Noyabr 2026
51
11:34 / 12 Noyabr 2026
42
11:31 / 12 Noyabr 2026
54
11:24 / 12 Noyabr 2026
215
11:21 / 12 Noyabr 2026
52
11:19 / 12 Noyabr 2026
71
11:05 / 12 Noyabr 2026
66
11:00 / 12 Noyabr 2026
81
10:45 / 12 Noyabr 2026
98
10:39 / 12 Noyabr 2026
103
10:36 / 12 Noyabr 2026
90
10:27 / 12 Noyabr 2026
255
10:20 / 12 Noyabr 2026
96
10:18 / 12 Noyabr 2026
87
10:05 / 12 Noyabr 2026
217
09:51 / 12 Noyabr 2026
98
09:48 / 12 Noyabr 2026
99
09:42 / 12 Noyabr 2026
276
09:36 / 12 Noyabr 2026
109
09:22 / 12 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.