Lavrovun idarəsindən Bakıya qarşı 1 həftədə İKİ HƏYASIZLIQ
26 Fevral 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
468
10.12.2025, 11:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə Prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.
Oxu24.com xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu.
“John Deere” şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi.
Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi.
Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olundu, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Həmçinin oxuyun
Qeyd edək ki, 1837-ci ildə ABŞ-da qurulmuş “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan “John Deere”in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.
00:45 / 27 Fevral 2026
1
00:26 / 27 Fevral 2026
143
00:17 / 27 Fevral 2026
30
00:05 / 27 Fevral 2026
39
23:51 / 26 Fevral 2026
41
23:49 / 26 Fevral 2026
41
23:42 / 26 Fevral 2026
324
23:30 / 26 Fevral 2026
44
23:23 / 26 Fevral 2026
45
23:19 / 26 Fevral 2026
62
23:12 / 26 Fevral 2026
49
23:07 / 26 Fevral 2026
147
22:59 / 26 Fevral 2026
146
22:56 / 26 Fevral 2026
419
22:51 / 26 Fevral 2026
40
22:46 / 26 Fevral 2026
42
22:42 / 26 Fevral 2026
40
22:40 / 26 Fevral 2026
46
22:31 / 26 Fevral 2026
134
22:26 / 26 Fevral 2026
65
22:04 / 26 Fevral 2026
122
21:45 / 26 Fevral 2026
394
21:39 / 26 Fevral 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.