Prezident İlham Əliyev Azərbaycanla bağlı bu məlumatları rəsmən elan etdi — ÇIXIŞ
18 May 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
615
07.12.2025, 13:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxundu.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür etdi.
Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu dedi.
Dövlətimizin başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladı.
İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğuladı.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğuladı.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.
Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğuladı.
Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini dedi.
Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.