Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi
15 Noyabr 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
676
06.12.2025, 21:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
Oxu24.com xəbər verir ki, "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.
Qonaq qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində tapşırıq verib. O, əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyərək Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlığın qurulduğunu vurğuladı.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana, Qarabağa səfərini, həmçinin onunla ölkədə və Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib, iki ölkə arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.
Bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Söhbət zamanı siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafı vurğulanıb.
Enerji infrastrukturu, bərpaolunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
17:53 / 15 Noyabr 2026
1
17:43 / 15 Noyabr 2026
74
17:16 / 15 Noyabr 2026
238
17:12 / 15 Noyabr 2026
900
17:09 / 15 Noyabr 2026
64
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
114
15:15 / 15 Noyabr 2026
117
14:47 / 15 Noyabr 2026
163
14:34 / 15 Noyabr 2026
334
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
112
14:02 / 15 Noyabr 2026
462
13:27 / 15 Noyabr 2026
338
12:55 / 15 Noyabr 2026
1633
12:36 / 15 Noyabr 2026
375
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
146
11:52 / 15 Noyabr 2026
222
11:43 / 15 Noyabr 2026
148
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.