Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
15 Noyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1897
23.11.2025, 15:04
COP30-da Azərbaycan və Norveçə Paris Sazişi üzrə dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib
Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), 6-7 noyabrda isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub.
Bu barədə Oxu24.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Liderlər Zirvəsində Azərbaycanı Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Milli Məclisin sədri Azərbaycan adından bəyanat səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.
COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycan Respublikasından Braziliyaya təhvil verilib. COP29-un sədri, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxış edərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövr ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. M.Babayev həmçinin COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuş bir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin (XİN) heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyəti Konfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarların qəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və iki mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub.
COP30 sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinə namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların aparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmış intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə verilməsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, COP30 çərçivəsində COP sədri tərəfindən Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı ilə bağlı sənədlərin razılaşdırılması prosesinə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edib.
Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığı müzakirələrin nəticəsində mümkün qərar layihələrinə dair tövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim edib və bu müzakirələr müvafiq sənədlər üzrə qərarların qəbuluna töhfə verib.
XİN heyəti həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı beş tədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir neçə tədbirin keçirilməsinə həm-təşkilatçı qismində dəstək göstərib.
Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.