Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
15 Noyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2156
21.11.2025, 16:29
Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti:
- MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə MİRAS-ın "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 3-cü hissəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Prezident Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında ƏSASNAMƏni də təsdiq edib.
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.